Stamenkoviç “Krılya Sovetov”la müqavilə imzalaya bilər
Tarix: 14.07.2015 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Rusiyanın “Krılya Sovetov” klubunda baxışda olan “Neftçi”nin keçmiş qapıçısı Saşa Stamenkoviç üçün yol açılıb.
Rusiya mətbuatı xəbər verir ki, serbiyalı qolkiperin Samara təmsilçisi ilə müqavilə imzalamaq ehtimalı artıb. Məsələ burasındadır ki, “Krılya Sovetov” rəhbərliyi baxışda olan digər serbiyalı çərçivə qoruyucusu Vladimir Dişlenkoviçlə münasibətləri rəsmiləşdirməyə ehtiyac duymayıb. Əvvəllər Ukrayna çempionatında oynamış qapıçı komandanın heyətində Belçika və Hollandiya toplanışlarında iştirak etsə də, onunla danışıqlarda ortaq məxrəcə gəlmək mümkün olmayıb. Dişlenkoviçin tibbi müayinəsinin nəticəsi də klub rəhbərliyinin ondan vaz keçməsinə şərait yaradıb. Həmyerlisinin göndərilməsi Saşa Stamenkoviçin “Krılya Sovetov”da qalmaq ehtimalını artırıb. MOİK-lə yoxlama matçında iştirak edən Saşanın baxışdan uğurla keçəcəyi və Samara təmsilçisi ilə müqavilə imzalayacağı real görünür. Qeyd edək ki, Stamenkoviç 2011-2015-ci illərdə “Neftçi”nin formasını geyinib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info