Uşaqların əl işlərindən ibarət rəsm müsabiqəsi
Tarix: 14.07.2015 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvan: intibahın 20 ili” mövzusuna həsr olunmuş “İRS” adlı rəsm sərgisi keçirilib. Rəsm sərgisinin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı Ülviyyə Həmzəyeva gənc istedadların üzə çıxarılmasında bu cür sərgilərin əhəmiyyətli rol oynadığını bildirib.
Ülviyyə Həmzəyeva deyib ki, sərginin keçirilməsi əlamətdar bir günə - 14 iyula təsadüf edir. 1969-cu ildə məhz bu gün müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olan ulu öndər Heydər Əliyev ölkəmizdə birinci dəfə siyasi hakimiyyətə gəlib. “Ümummilli lider Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının daim inkişaf etməsini arzulayırdı. Bu gün onun arzuları həyata keçirilir, ölkəmiz sürətlə inkişaf edir”, - deyən Ülviyyə Həmzəyeva qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının intibahı məhz 1995-ci il dekabrın 16-dan başlayır. Həmin tarixdə Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilib və bununla da, muxtar respublikanın inkişafında yeni bir mərhələnin – intibah dövrünün əsası qoyulub. Son 20 ildə muxtar respublikada Ümummilli Liderimizin siyasi xəttinin uğurla davam etdirilməsi bu qədim diyarı yeni inkişaf mərhələsinə yüksəldib. Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, ictimai həyatın bütün sahələrinin yeniləşdirilməsi yaradıcılıq təşkilatlarını, o cümlədən muxtar respublikanın Rəssamlar Birliyini də əhatə edib. Bunun əsas səbəbi isə yurda bağlılıq, onu daha gözəl görmək arzuları, muxtar respublika sakinlərinin yaxşı yaşamasının prioritet vəzifəyə çevrilməsidir. Ən başlıcası isə görülən işlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sözləri ilə desək: “Naxçıvan Muxtar Respublikasında inkişafın bir səbəbi var: bu, böyük yaradıcı gücə malik olan Heydər Əliyev ideyalarının, Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsidir”. Vurğulanıb ki, yaradılan şərait rəssamların yaradıcılıq imkanlarının daha da genişlənməsinə səbəb olub. Bundan başqa, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda müvafiq ixtisaslar açılıb, məktəbəqədər tərbiyə müəssisələrində rəsm dərnəkləri yaradılıb.
Tədbirdə çıxış edən boks üzrə Avropa çempionu, Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev və gənc yazıçı Səmayə Səma sərgi iştirakçılarına gələcək fəaliyyətlərində uğur və yeni-yeni nailiyyətlər arzulayıblar.
Sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin diplomları və gənc yazıçı Səmayə Səmanın kitabları təqdim olunub.
Sonra sərgiyə baxış olub. Sərgidə 5-15 yaş qrupunda 49 uşağın yağlı və sulu boyalarda çəkilmiş rəsm əsərlərindən, qrafika, heykəltəraşlıq nümunələrindən, bəzək əşyaları və rəngli kağızlardan düzəldilən aplikasiyalardan, ekibanolardan ibarət 166 əsəri nümayiş etdirilir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info