“İzvestiya”: “Ukraynadan Rusiyaya miqrasiya axını iki dəfə artıb”
Tarix: 14.07.2015 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Köçün arxasında çətin iqtisadi və hərbi vəziyyət,
hərbi səfərbərlikdən yayınmaq kimi səbəblər dayanır


Bir çox ekspertlərin fikrincə, Ukrayna vətəndaşlarının Rusiyaya köç etməsinin arxasında təkcə çətin iqtisadi və hərbi vəziyyət yox, həm də ölkədəki hərbi səfərbərlikdən yayınmaq dayanır. Qeyd edək ki, bu ilin yanvar-aprel ayı ərzində Ukraynadan Rusiyaya daimi yaşamaq üçün gedənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 58. 6 min nəfər təşkil edib. Bu xəbəri "İzvestiya" qəzeti Federal Dövlət Statistika Xidmətinin məlumatına istinad edərək bildirir.
“Əgər, hər hansı bir şəxs yaşayış və ya olduğu yerdə 9 ay və ya daha artıq müddət ərzində qeydə alınıbsa, Federal Miqrasiya Xidməti həmin şəxs üçün hesabat vərəqi açır. Bu vərəqələr yalnız ərazi orqanlarında mövcuddur. Beləliklə, miqrant bizim qeydiyyata düşür və biz həmin şəxsi Rusiyanın daimi əhalisinin bir hissəsi sayırıq”- deyə Rusiya Statistika İdarəsindən "İzvestiya" qəzetinə bildiriblər. Ukraynadan Rusiyaya gələn miqrantlar barədə əsas məlumatlar Federal Miqrasiya Xidməti tərəfindən toplanır. Xidmətin bu ilin iyulun 2-nə olan məlumatına görə, Rusiya ərazisində olan Ukrayna vətəndaşlarının sayı 2.6 milyon nəfər təşkil edib. Buraya tələbələr, iş adamları, turistlər və məcburi köçkünlər də daxildir. Xatırlatmaq yerinə düşər ki, rus rublunun qiymətdən düşməsi Rusiyaya gələn miqrantların axınına da təsirsiz ötüşməyib. Belə ki, bu müddət ərzində Rusiyaya Ermənistan və Moldovadan gələn miqrantların sayında artım olsa da, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan və Türkmənistan miqrantlarının sayında azalmalar müşahidə edilməkdədir. Bu ərəfədə Rusiyaya xarici ölkələrdən, məsələn Çindən gələn miqrantların ümumi sayı 2380 nəfər təşkil etsə də, Rusiyadan gedən çinlilərin sayı daha çox - 3701 nəfər olub. Rusiyalı ekspert Andrey Korovinin sözlərinə görə, ukraynalılar Rusiyada bütün sahələr üzrə uğur qazana bilərlər. Onun sözlərinə görə, ukraynalılar slavyan mədəniyyətinə aid olan xalqdır və Rusiyaya rus ruhuna yaxın olan, rus klassikləri barədə məlumatı olan insanların gəlməsi daha yaxşı olardı: “Orta Asiyadan gələn miqrantlar Nizami, Ömər Xəyyam barədə məlumatlıdırlarsa, təbii ki, bu heç də pis deyil. Lakin bizim üçün problem yaradan əsas məsələlərdən biri Orta Asiyadan gələn kənd təsərrüfatı işçisinin rus dilini bilməməsidir. Ukraynalılar isə təkcə Rusiyaya gəlmirlər, onlar həm də Avropanın müxtəlif ölkələrinə gedirlər”. Korovinin sözlərinə görə, miqrasiya tempi xarici şəraitdən asılı olacaq.

“Ukrayna tam bir iqtisadi fəlakətlə üz-üzədir. Getməyə imkanı olanlar artıq Ukraynadan gedib və onların yenidən ölkəyə qayıtmaq ehtimalları çox azdır”

Onun mülahizəsinə görə, ukraynalılar əsasən, rusdilli ərazilərə köç edirlər. Bu, bir daha onu təsdiq edir ki, köç edənlərin əksəriyyəti “qardaşa qarşı” vətəndaş müharibəsində vuruşmaq istəməyənlərdir. Onları da mühakimə etmək çətindir, bu, onların mənəvi seçimləridir. Ukraynalı politoloq Vladimir Kornilov da ölkəsindəki əhalinin Rusiyaya köç etməsinin birinci səbəbi kimi ölkənin cənub-şərqindəki müharibəni göstərsə də, digər səbəb kimi ölkə daxilində çətin iqtisadi vəziyyəti önə çəkib və qeyd edir ki, hazırda Rusiyadakı iqtisadi problemlərlə müqayisədə, Ukrayna tam bir fəlakətlə üz-üzədir. Sosioloq Vldimir Mukomelin fikrincə, getməyə imkanı olanlar artıq Ukraynadan gedib və onların yenidən Ukraynaya qayıtmaq ehtimalları çox azdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info