Türkiyədə AKP-MHP danışıqları keçirilib
Tarix: 15.07.2015 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Əhməd Davudoğlu: “MHP koalisiya hökumətində yer almayacağını rəsmən bəyan edib”

Türkiyədə koalisiya hökuməti qurulması çərçivəsində növbəti önəmli görüş keçirilib. Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı ilə görüşüb.
AKP nümayəndə heyətində Faruk Çelik, Mahir Ünal, Lütfi Əlvan, Haluk İpək, Ərtan Aydın, MHP heyətində isə Oktay Vural, Kənan Tanrıkulu, Semih Yalçın, İsmət Büyükataman və Mustafa Kalaycı təmsil olunub. D. Bağçalının Böyük Millət Məclisindəki kabinetində keçirilən görüş 1 saat 45 dəqiqə davam edib. MHP lideri qonaqları kabinetinin qapısında qarşılayıb. Görüşün yekunları ilə bağlı Ə. Davudoğlu mətbuat konfransı keçirib. Əhməd Davudoğlu qarşı tərəfdən rədd cavabı aldıqlarını açıqlayıb. Belə ki, Milliyyətçi Hərəkat Partiyası koalisiya hökumətində yer almayacağını rəsmən bəyan edib: “Bağçalı bizə hökumət ortaqlığı içərisində təmsil olunmayacaqlarını bildirdi”. MHP-nin rədd cavabından sonra hökumət qurulması üçün yalnız bir ehtimal qalır: AKP-CHP koalisiyası. İki partiya arasında yaxın günlərdə növbəti danışıqlar keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info