İran və “altılıq” arasında razılıq əldə olundu (Yenilənib)
Tarix: 15.07.2015 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Lavrov detalları açıqlayıb: “Avropa İttifaqı və ABŞ-ın birtərəfli sanksiyaları dərhal aradan qaldırılacaq, ABŞ-ın mülki aviasiya sahəsindəki məhdudiyyətləri ləğv olunacaq, İrana silah satışına icazə veriləcək”

Vyanada İran və beynəlxalq “altılıq” (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin) arasında aparılan danışıqlarda razılıq əldə olunub. Adı açıqlanmayan İran diplomatı ağır danışıqların nəticə verdiyini və İranın nüvə proqramına dair razılığın əldə olunduğunu bildirib.
Hələlik anlaşma barədə rəsmi açıqlama yayılmayıb.

“Reuters” bir gün əvvəl diplomatik mənbəyə istinadən xəbər yaymışdı ki, saziş mətnində beynəlxalq müfəttişlərin İranın bütün şübhəli obyektlərinə, o cümlədən hərbi obyektlərə baş çəkmək hüququ təsbit ediləcək. Mənbə qeyd edib ki, saziş imzalandıqdan sonrakı 1 ay müddətində İrana qarşı tətbiq olunmuş sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarı ilə ləğv olunacaq. Qeyd edək ki, İran sanksiyaların ləğvindən sonra neft hasilatını ciddi şəkildə artırmağa və gündəlik 1,2 milyon bareldən 2,3 milyon barelə çatdırmağa hazırlaşır. Rusiya xarici işlər naziri Sergey Lavrov İranla “altılıq” ölkələri arasında əldə olunmuş razılaşmanın detallarını açıqlayıb. TASS-ın məlumatına görə, S. Lavrov bildirib ki, tərəflər əsas sənəd və 5 texniki konkret təklifin yer aldığı birgə tədbirlər planını, habelə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq qətnamə layihəsini razılaşdırıblar: “Güman edirik ki, yaxın günlərdə həmin sənəd BMT TŞ-də yekdilliklə qəbul olunacaq”. Lavrov onu da əlavə edib ki, Avropa İttifaqı və ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları dərhal aradan qaldırılacaq. Onun sözlərinə görə, ABŞ-ın mülki aviasiya sahəsində İranla əməkdaşlığa qoyduğu məhdudiyyətlər də ləğv olunacaq. Silah embarqosuna gəldikdə isə Rusiya XİN rəhbəri bildirib ki, embarqo 5 il müddətində qüvvədə qalacaq. Bununla belə BMT TŞ-nin qərarına əsasən həmin müddət ərzində İrana silah satışına icazə verilə bilər. Rusiya prezidenti Vladimir Putin Vyanada Tehranla “altılıq” ölkələri arasında əldə olunan razılaşmaya münasibət bildirib. “RİA Novosti”nin məlumatına görə, Putin müvafiq anlaşmanı alqışladığını bildirib: “Rusiya Vyanada İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanmasına dair qəbul edilən qərarı alqışlayır. Ümid edirik ki, bütün maraqlı tərəflər, ilk növbədə “altılıq” ölkələri İranla razılaşdırılan qərarları tam həcmdə icra edəcəklər”. Rusiya prezidenti razılaşmanın, həmçinin dinc atom üzrə Moskva-Tehran əməkdaşlığı baxımından vacibliyini önə çəkib.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub
21.03.2019
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21.03.2019
Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21.03.2019
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21.03.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info