Binəqədinin Ağasadıq Gəraybəyli küçəsinin təmirinə başlanıldı
Tarix: 15.07.2015 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


Bakının Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsinin təmirinə başlanılıb.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində təmir-tikinti işlərinə başlanılıb.
Küçənin uzunluğu 600 metr, eni isə 16 metrdir. Artıq küçədə köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınır. Ümumilikdə küçənin 9500 kvadrat metr ərazisinə yeni asfalt-beton örtüyü döşəniləcək.
A.Gəraybəyli küçəsində köhnə səki daşlarının dəyişdirilməsi də nəzərdə tutulub. Yol boyu zəruri olan yerlərdə təqribən 950 paqon-metr yeni səki daşı düzüləcək. Bundan başqa təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulacaq, yağış barmaqlıqları yerləşdiriləcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdiriləcək.
Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazimı sayda canlı qüvvə və texnika cəlb olunub. Küçədə təmir işləri aparılan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq. Bu üzdən yaranmış müvəqqəti narahatlığa görə, “Azəryolservis” ASC üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Azərbaycan nefti bahalaşıb
19.08.2019
Azərbaycanda barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb
19.08.2019
Dövlət büdcəsinin xərcləri və gəlirləri açıqlanıb
19.08.2019
Dəmir yolu ilə sərnişin daşınması 26 faiz artıb
19.08.2019
“Sondakika.com”: “Rusiya, Türkiyə və Azərbaycan yeni iş birliyinə yönəlir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info