Şəmkirdə beynəlxalq festivalın iştirakçıları ilə görüş keçirilib
Tarix: 15.07.2015 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Şəmkir Heydər Əliyev Mərkəzinin konfrans zalında Litva Respublikasının Şaulyay şəhərində keçirilmiş “ Günəşin Çiçəyi” adlı beynəlxalq festivalda iştirak etmiş Şəmkir nümayəndə heyəti rayon rəhbərliyi tərəfindən qəbul edilib. Görüşdə İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov 14 iyul Azərbaycanını siyasi tarixində çox əlamətdar bir gün olduğunu qeyd etmiş, 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ölkənin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərin həllində və ən əsası, dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi olduğunu vurğulayıb. Sonra nümayəndə heyətinin rəhbəri, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Sona xanım Əliyeva Şaulyay şəhərində keçirilmiş festival haqqında rayon rəhbərliyinə ətraflı məlumat verib, səfər çərçivəsində görülmüş işlər haqqında məruzə edib. Festivalın nümayəndə heyətinin üzvü, Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov Şaulyay şəhərinə səfər çərçivəsində idman infrastrukturu ilə tanışlıq təəssüratlarını, gələcəkdə qarşılıqlı əlaqələrin qurulması istiqamətində öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Şövqi Həsənov




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info