“İran heç vaxt qonşu ölkələrinin maraqlarını digər ölkələrin maraqlarına qurban verməyəcək”
Tarix: 15.07.2015 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


“Mübarək Ramazan ayının son günlərində ölkəmizin güclü diplomatları 5+1 ölkələri ilə nəfəs kəsən danışıqlarda diplomatiyada inqilabın bir nümunəsini göstərdilər və sübut etdilər ki, İslam İnqilabının prinsiplərini qorumaqla, siyasi iradə və beynəlxalq təcrübə ilə İran xalqının hüquqlarını qorumaq olar”. Bu sözləri “Trend”ə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin deyib.
M.Pakayin bildirib ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin başçılığı ilə nüvə müzakirələrini aparan nümayəndə heyəti İran xalqını təzyiq və sanksiya ilə təslim olmağa məcbur edə bilməyəcəyini böyük güclərə başa saldı: “İnqilabi bir diplomatiya yürütməklə İrana bir neçə sentrifuqanın işə salınmasını qadağan edən həmin güclər Nətənz və Fordoda minlərlə sentrifuqanın fəaliyyətini və uranın zənginləşdirmə haqqını tanımaqla yanaşı, həm də razılaşdılar ki, bütün qanunsuz sanskiyaları ləğv etsinlər”.
Səfir bildirib ki, Vyanadakı anlaşma İran xalqının milli nailiyyətidir, müqavimət və həmrəyliyinin nəticəsidir: “İranın müzakirələrdə müvəffəqiyyət qazanması dünya ölkələri, xüsusi ilə region ölkələri tərəfindən alqışlandı. Bu önəmli bir məsələdir və göstərir ki, bəzi qərb KİV-lərinin təbliğinin əksi olaraq İranın nüvə müzakirələrindəki qələbəsi qonşu ölkələrin mənafeyinə zidd deyil. Bu səbəb olacaq ki, İran region ölkələri, xüsusi ilə qonşu ölkələrlə dostluq münasibətlərini gücləndirsin. İran heç vaxt qonşu ölkələrinin maraqlarını digər ölkələrin maraqlarına qurban verməyəcək”.
M.Pakayin sonra əlavə edib ki, Prezident H.Ruhani də çıxışında qeyd etdiyi kimi, İranın gücü Fars körfəzi, Mərkəzi Asiya və Qafqazdakı qonşu ölkələrin sabitlik və təhlükəsizliyinin təminatının xidmətindədir.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info