Dövlət Sərhəd Xidməti Akademiyası məzunlarının təntənəli buraxılış mərasimi keçirilib
Tarix: 15.07.2015 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Bu gün Dövlət Bayraq Meydanında Dövlət Sərhəd Xidməti (DSX) Akademiyası məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
Mərasimdə DSX komandanlığı, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.
Dövlət himninin oxunması ilə başlanan mərasimdə 131 məzuna diplomlar təqdim olunub, Akademiyanın döyüş bayrağı təhvil verilib, gənc zabitlər “Sərhədçi andı” içiblər.
Mərasimdə çıxış edən DSM Akademiyasının rəisi, general-mayor Araz Məmmədov bildirib ki, hər bir təhsil müəssisəsində buraxılış mərasimi həm təhsil müəssisəsinin həyatında, həm də məzunların həyatında əlamətdar hadisədir: “Gənc zabitləri sərhədlərin mühafizəsinə yola salırıq. Bu münasibətlə məzunları və valideynləri təbrik edirəm. Məzunlar Akademiyada yüksək təhsil alıb, silah və sursatın sirlərini öyrənib, peşəkar zabit kimi formalaşıblar. Əlamətdar haldır ki, bu il ilk dəfə məzunlar sırasında dənizçi və aviasiya ixtisaslı zabitlər də var. Əminəm ki, gənc zabitlər uzun illər sərhədlərimizi mühafizə edəcək, içdikləri anda sadiq qalacaqlar”.
DSX rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevçıxışında bildirib ki, Dövlət Bayrağı Meydanında yenilməz sərhədçi keyfiyyətinin daşıyıcıları olan gənc zabitləri təbrik edir: “İnanıram ki, sərhədlərimizin mühafizəsi işini əzmlə təşkil edəcəksiniz. Çünki məramımız toxunulmaz sərhəd, əqidəmiz dövlətçiliyə, Ali Baş Komandana sədaqətdir”.
Daha sonra gənc zabitlər təntənəli marşla tribunanın önündən keçiblər.
Mərasimdən sonra gənc zabitlər Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info