İrəvanı yenidən etiraz aksiyaları bürüyür
Tarix: 15.07.2015 | Saat: 16:53:00 | E-mail | Çapa göndər


Ermənistanda elektrik enerjisi tariflərinin artmasına etiraz edən “Talana yox!” vətəndaş hərəkatının fəalları İrəvanın iki mərkəzi küçəsinin kəsişməsində oturaq aksiya keçirir.
“News.am”ın yaydığı məlumata görə, etirazçılar əvvəlki sosial tələblər irəli sürməklə yanaşı 23 iyun və 6 iyul aksiyalarında nümayiş iştirakçıları və jurnalistlərə zor tətbiq etmiş polis əməkdaşlarının cəzalandırılmasını da tələb edirlər.
“Prokurorluq səlahiyyət hədlərini aşmış polislərin cəzalandırılmasına dair bizə zəmanət verməyənədək, buranı tərk etməyəcəyik”, deyə fəallardan biri Maksim Sarkisyan bildirib.
Həmçinin “Talana yox!” hərəkatının fəalları Ermənistan Baş prokurorluğuna məktub ünvanlayıblar.
Oturaq aksiyadan sonra prokurorluq binasına yürüş edən hərəkat fəalları orada da nümayişçilərə qarşı zor tətbiq etmiş polis əməkdaşlarını cəzalandırmağı yenidən tələb ediblər.
Tələblərə əsasən, polis işçiləri xidməti vəzifələrini yerinə yetirdikdə polis uniformasında olmalı, nümayişdə həddi-buluğa çatmamış şəxslərin iştirak etdiyi təqdirdə isə polis xüsusi vasitələrdən (gözyaşardıcı qaz, su şırnaqları və s.) istifadə etməməlidir. Bununla da “Talana yox!” hərəkatının növbəti aksiyası başa çatıb.
Xatırladaq ki, iyunun 23-də İrəvan polisi “Talana yox!” hərəkatının nümayişini dağıtmış, 237 nəfər, o cümlədən media nümayəndələri saxlanılmışdı.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info