Jurnalistlər üçün tikilən ikinci bina gələn il istifadəyə veriləcək
Tarix: 15.07.2015 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


“Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci bina 2016-cı ildə istifadəyə veriləcək”.
Bunu Səbail rayon İcra Hakimiyyəti tərəfindən milli mətbuatın 140 illik yubileyi ilə bağlı media təmsilçiləri ilə keçirilən ənənəvi tədbir-görüşdə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 2013-cü ildə jurnalistlər üçün ilk binanın istifadəyə verildiyini xatırladan V. Səfərli növbəti ildə 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət binanın jurnalistlərin istifadəsinə veriləcəyini açıqlayıb: “Dünyanın heç yerində dövlət tərəfindən jurnalistlərə pulsuz ev verilməsi halı yoxdur. Jurnalistlərə 2013-cü ildə verilən mənzillər tam təmirli olub, gələn il də jurnalistlərə veriləcək mənzillər tam təmirli olacaq”.
V. Səfərli bu il milli mətbuatın 140 illik yubileyi ilə bağlı jurnalistlərə fəxri adların verilməsi ilə əlaqədar Prezident Administrasiyasına 800-dən çox müraciətin daxil olduğunu, iyulun 22-də Prezident tərəfindən verilən sərəncamla fəxri adlara layiq görülən jurnalistlərin adlarının açıqlanacağını nəzərə çatdırıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info