“Gənclərimizi kənar təsirlərdən qorumalıyıq”
Tarix: 15.07.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Azərbaycan gəncliyi hər zaman ictimai-siyasi sabitliyin tərəfdarı olub. Lakin Azərbaycanı sevməyən xarici qüvvələr bir çox halda gənclərimizi də yanlış yollara çəkməyə cəhd edirlər. Müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində Prezident İlham Əliyev öz nitqində bu məsələyə də toxunub: “Biz çalışmalıyıq və çalışırıq ki, bizim gənclərimiz də milli ruhda böyüsünlər, tərbiyə alsınlar.
Milli ruhda, eyni zamanda, multikulturalizm ruhunda. Burada heç bir ziddiyyət yoxdur. Hər bir vətənpərvər insan, öz vətənini, millətini sevən insan böyük hörmətə layiqdir. Eyni zamanda, başqa dinlərə hörmət edən, başqa millətdən olan insanlara hörmətlə yanaşan insan da böyük hörmətə layiqdir. Ona görə bizim gənclərimiz, bax, bu ruhda tərbiyə olunmalıdır. Biz gənclərimizi kənar təsirlərdən qorumalıyıq. Kənar təsir cəhdləri var, biz hamımız bunu yaxşı bilirik. Nə qədər gücüm varsa, mən bu kənar təsirin qarşısında duracağam və heç kimə imkan verməyəcəyəm ki, kimsə öz iradəsini Azərbaycana diktə etsin”.
Amma, artıq gəncliyimiz öz seçimini edərək onları dövlətə qarşı olmağa sürükləyənləri qınayırlar. ADDIM Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə bizimlə söhbətində dedi ki, günü-gündən inkişaf edən Azərbaycanımızda dövlətin gənclər siyasəti artıq öz səmərəli bəhrəsini verməkdədir: “Deyirlər ki, gəncliyində gənc ola bilən xoşbəxtdir. Bu anlamda düşünürəm ki, biz, azərbaycanlı gənclərin bəxti gətirib. Azərbaycanda dövlət gənclər siyasətinin banisi xalqımızın ümummilli lideri Heydər Əliyev olub. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli- mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Təbii ki, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Hər şey ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyinin qısa bir vaxtda dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək, uğurla həyata keçirməsindən başlayıb və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Hüseyn Cavadzadə ölkə rəhbərliyinin gənclərə diqqəti və onlar üçün yaradılan imkanların gənclərimiz tərəfindən də səmərəli istismar olunduğunu düşünür: “Biz bu il ölkəmizdə baş tutan 1-ci Avropa Oyunlarının keçirilməsi zamanı da gənclər siyasətinin bəhrəsini gördüyümüzü əminliklə deyə bilərik. 20 minə yaxın könüllü gənclərdən ibarət çoxsaylı işçi qrupu, gənc KİV nümayəndələri və nəhayət, idmançılarımız bütün gözləntiləri doğrultdular. Xatırlayıram kı, hətta xarici kanallarda Avropa Oyunlarını şərh edən diktorlar bizim könüllüləri, onların hazırlığı və fəallığını xüsusi heyranlıqla qeyd edirdilər. Bütün bunlar uğurlu gənclər siyasətinin bəhrəsidir. Bütün bu nailiyyətlərin arxasında uzun müddət sərf olunan əmək, gənclər siyasətinə yatırılan sərmayə və ən əsası gəncləri kənar neqativ təsirlərdən qorumaq dayanıb. Çünki daim atdığı addımlarla dünyanın diqqət mərkəzində olan Vətənimizin uğurlarını həzm etməyən qüvvələr də mövcud olub. Onlar ölkədəki sabitlik və rifahı pozmaq üçün ən müxtəlif üsullara əl atıb və Azərbaycan gənclərini də öz maraqları üçün istifadə etməyə çalışıblar. Hətta bu günlərdə Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibəti ilə verilən iftar süfrəsində etdiyi çıxışında yenidən bu mövzuya toxunub. Prezident gənclərimizin uğurlarını qeyd edərək onların həm milli, həm də multikulturalizm ruhunda böyüməsinin vacibliyindən danışıb. Eyni zamanda onlara kənar təsirlərdən və belə halların yolverilməzliyindən danışıb. Artıq bir neçə ildir gənclər sektorunda çalışdığımdan bu sahədə təcrübəmdən nəticə çıxarıb Prezidentin fikirlərinə həmrəyliyimi bildirmək istəyirəm”.
ADDIM rəhbəri dedi ki, insanın gənclik dövrü daha çılğın, sadəlövh və düşünülməmiş addımlarla zəngin ola bilər: “Bir müddət öncəki dönəmlərdə xarici qüvvələr müxtəlif maliyyə yardımları, təhsil proqramları, səyahətlər və s. vasitəsilə gənclərimizi dəfələrlə öz təsirlərinə salmağa cəhd ediblər. Və bu tendensiya indi də davam etməkdədir. Amma nəticəni kənar qüvvələr və Azərbaycan gəncliyinin doğru yolda addımlamasına mane olmaq istəyən insanlar üçün qənaətbəxş hesab etmək olmaz. Çünki artıq gənclərimiz aldadıcı vədlərə inanmır. Həm də dövlətimiz kənar qüvvələrin gəncləri cəlb etmək məqsədilə verdiyi vədləri çoxdan reallaşdırıb. Azərbaycan gəncinin həm təhsili, həm karyerası, həm inkişafı, hətta əyləncəsi üçün də istədiyi hər şeyi dövlətimiz təmin edir. Bütün bunlara baxmayaraq, biz yenə də bu mövzuya xüsusi həssaslıqla yanaşmalıyıq. Çünki bir çox üstünlükləri, təbii və mənəvi sərvətləri ilə dünyaya səs salan Azərbaycanın dünyanın diqqətində olan daha bir sərvəti də var. O da bizim gənclərimizdir!”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info