Şəmkir SESS-də texniki tədbirlər
Tarix: 15.07.2015 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Respublika istehlakçılarının elektrik enerjisi ilə təmin edilməsində ölkədə fəaliyyət göstərən su elektrik stansiyalarının (SES) rolu əvəzsizdir. Bu baxımdan sözügedən obyektlərin tam gücü ilə fəaliyyət göstərməsi əsas şərtlərdəndir. Belə obyektlərdən biri də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü, gərgin əməyi və bilavasitə yaxından iştirakı ilə ərsəyə gələn, qərb bölgəsinin enerji təchizatında özünəməxsus payı və rolu olan Şəmkir Su Elektrik Stansiyaları Silsiləsidir.
Müəssisədən cari ilin I yarımilliyi üzrə texniki-iqtisadi göstəricilər barəsində «Azərenerji » ASC-nin Mətbuat xidmətinə verdiyi məlumatda belə qeyd edilir.
Onun bildirdiyinə görə, cari ilin iyun ayında silsilə üzrə125,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Qeyd edilən həcmdən 90 milyon kilovatsaatdan çoxu Şəmkir SES-in, qalanı isə Yenikənd SES-in payına düşür.
Qeyd edək ki, cari ilin 6 ayı ərzində burada 664,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir. O cümlədən, Şəmkir SES-də 458 milyon kilovatsaatdan artıq, Yenikənd SES-də isə 206,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Yeri gəlmişkən, digər enerji obyektləri kimi adıçəkilən obyektdə də iş rejimi günün tələblərinə cavab verə biləcək səviyyədədir. Qurğu və avadanlıqlar saz vəziyyətdədir. Silsilədə yaz-yay sel sularının ötürülməsində heç bir problem yoxdur. Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Xatırladaq ki, silsiləyə “Şəmkir” və “Yenikənd” SES-ləri daxildir.




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Masallıda gənclərin peşəyönümü ilə bağlı müşavirə keçirilib
26.04.2019
Saatlıda qısa müddətdə 7450 hektar sahəyə çiyid səpilib
26.04.2019
Zərifə xanım Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara nur bəxş edib
26.04.2019
Astara sakinlərinin oftalmoloji müayinəsi keçiriləcək
25.04.2019
“Kaspersky Lab” “Windows” əməliyyat sistemində əvvəllər aşkarlanmamış zəiflik tapıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10760

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
5 Yusif Babanlı İTV Yayım Şurasına yeni üzv seçilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info