“Dövlət və Din”in yeni sayı nəşrdən çıxıb
Tarix: 15.07.2015 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun altıncı nömrəsi işıq üzü görüb.
Toplu Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul etməsi, birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirməsi xəbərləri ilə oxucuların görüşünə gəlir.
Jurnalda yer alan “Mədəni diplomatiya anlayışı və onun Azərbaycan modeli” başlıqlı məqalədə müasir dövrdə siyasətdə mədəniyyət amilinin aktuallaşmağa başlamasından, əksər dövlətlərin öz mənafelərini müdafiə etmək və xarici siyasətlərini uğurla həyata keçirmək üçün beynəlxalq mədəni əlaqələrin qurulmasına böyük önəm verməsindən bəhs olunur. Bildirilir ki, müasir beynəlxalq münasibətlərin yeni təzahür formalarından biri dövlətlərlə yanaşı, ayrı-ayrı regionların, ölkələrin daxili subyektlərinin beynəlxalq aləmə çıxması və əməkdaşlıqda iştirakı hesab oluna bilər.
Topluda diqqət çəkən “Türkiyə Cümhuriyyətində dövlət-din münasibətləri: dünyəvilik və demokratiya” adlı məqalədə Türkiyədə dünyəviliyin, dövlət-din münasibətlərinin tarixindən söz açılır, demokratiyanın inkişaf prosesində qardaş ölkənin yaşadığı problemlərdən danışılır. Müəllif sonda belə nəticəyə gəlir ki, Türkiyədə demokratik sınaq nikbinliklə həyata keçirilir, çünki Türkiyə tarixi bir sıra demokratikləşmə təşəbbüslərindən meydana gəlmiş və bu təşəbbüslərin hər biri əvvəlkindən daha qüvvətli, daha davamlı olmuşdur və olmaqdadır.
Nəşrdə yer alan maraqlı yazılardan biri də “Mifoloji təsəvvürdə Zərdüştilik obrazları”dır. Məqalədə Azərbaycan şifahi xalq ədəbiyyatında Zərdüştilik motivləri tədqiq edilir. Müəllifin fikrincə, İslamdan sonra Zərdüştilik obrazları şifahi ədəbiyyatdan sıxışdırılsa da, nağıl və dastanlarda onun izləri indiyədək qalmaqdadır.
“Tanaxda əhd məfhumunu ifadə edən terminlər” başlıqlı məqalədə isə Yəhudiliyin müqəddəs kitabı Tanaxda Tanrının bəşəriyyətlə bir neçə dəfə əhd bağladığı bildirilir. Əhd məfhumunun bu kitabda ən çox ifadə edildiyi “berit” termininin üzərində dayanılır və onun özəlliyi açıqlanır.
Nəşrin bu sayında yer alan “Quran və sünnə baxımından kütləvi qırğın silahlarından istifadə” məqaləsində Müqəddəs Kitabımızda və hədislərdə insana qoyulan hörmət və dəyərdən, günahsız bir insanı qətlə yetirməyin bütün insanları öldürməyə bərabər hesab olunmasından, cana qıymağın qadağan edilməsindən və müharibə zamanı həddi aşmamaq barədə göstərişlərdən danışılır.
Həmçinin, “Sokratöncəsi yunan fəlsəfəsi: Milet məktəbindən Eleya məktəbinə qədər”, “İbn Heysəm – Optika problemlərinin müsəlman tədqiqatçısı”, “Əziz Dövlətabadinin sufi görüşləri”, “Quran ecazının işığında”, “Seyid Mir Həmzə Nigari və dini maarifçilik”, “Qərb tədqiqatçılarının Spinoza fəlsəfəsində yaradılış probleminə münasibəti”, “Hüseyn Nadim Naxçıvaninin yaradıcılığında İmam Hüseyn obrazının tarixi-poetik səciyyəsi” başlıqlı məqalələrin də yer aldığı toplunun sonunda bu sayda işlədilmiş terminlərin izahı verilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info