“Terror və radikallıqla mübarizədə Azərbaycanla çox sıx əməkdaşlığımız var”
Tarix: 15.07.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


“Dünən çox mühüm hadisə baş verdi. İranla 5+1 ölkələri arasında İranın nüvə probleminə dair danışıqlar sona çatdı. Bu, həm İran, həm də dünya ictimaiyyəti üçün çox mühüm hadisədir”.
Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, qarşı tərəf 13 ildən artıq İranın atom bombası istehsal etmək istəməsi bəhanəsi ilə dünyada İran əleyhinə təbliğat aparıb və İrana qarşı iqtisadi sanksiyalar tətbiq edib: “Lakin İran sübut etdi ki, heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb. Ali dini rəhbərin fətvasına görə, İranın hərbi strategiyasında belə bir silahdan istifadə etmək haramdır. Bizim diplomatlarımız bu müzakirələrdə sübut etdilər və qarşı tərəfi əmin etdilər ki, İran dövləti heç vaxt nüvə silahı istehsal etmək niyyətində olmayıb. Dünənki razılaşma sübut etdi ki, müzakirələr aparmaqla müəyyən işləri həll etmək mümkündür. Qarşı tərəf bizi müharibə ilə hədələyirdi, lakin biz bu məsələni müzakirələr yolu ilə həll etmək niyyətində idik. Sübut etdik ki, bizim yolumuz düzgün idi və danışıqlar yolu ilə məsələni həll etmək olar”.
Diplomat İranın müzakirələr çərçivəsində müəyyən hədəflərə çatmaq istədiyini və həmin məqsədlərə çatdığını söyləyib: “Bizim danışıqları davam etdirməyimizdə məqsədlərimizdən biri bu idi ki, nüvə proqramımızı davam etdirək və qoruyaq. Biz buna nail olmuşuq. İkinci hədəfimiz İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılması idi və biz buna da nail olduq. Saziş icra olunduqdan sonra bütün sanksiyalar ləğv ediləcək. Sonrakı məqsədimiz bu idi ki, İran dosyesi BMT Təhlükəsizlik Şurasından götürülsün. Bu məsələ də öz həllini tapacaq”.
M. Pak Ayin bəyan edib ki, bu razılaşmadan hər iki tərəf udub: “Biz heç vaxt istəməmişik ki, bu razılaşmalardan kimsə uduzsun, çünki belə razılaşma uzun müddət sürə bilməz. Bu müzakirələrdə qərblilər anladılar ki, İranla təhdid dili ilə danışmaq olmaz və İran xalqına ehtiramla yanaşılmalıdır. İranın dünən əldə etdiyi qələbə yalnız İranın deyil, bizi sevən digər ölkələrin də qələbəsidir. Bu qələbə İranla qonşu ölkələr arasında iqtisadi münasibətlərin daha da genişlənməsinə imkan verəcək. İran güclü dövlətdir və biz bu gücümüzü regional təhlükəsizliyin təmin olunmasına sərf edəcəyik. İran iqtisadi cəhətdən də güclüdür və bu səbəbdən sanksiyalar dövründə hər şeyə tab gətirdi, inkişafdan qalmadı. Sanksiyalar götürüldükdən sonra bu inkişaf davam edəcək. Hal-hazırda dünyanın və regionun ən böyük problemi terror problemidir. Düşünürəm ki, gələcəkdə bununla mübarizədə daha yaxşı fürsətlər əldə olunacaq. Mən Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm ki, dünənki qələbəmiz münasibətilə bizi müxtəlif üsullarla təbrik etdilər. Müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edirəm”.
Səfir onu da bildirib ki, region hazırda böyük təhlükəsizlik problemi ilə üz-üzədir. Bunun kökü isə əslində regiondan kənardadır:
"Təəssüflər olsun ki, regiondan kənarda yerləşən bəzi ölkələr radikal qrupları meydana gətirməklə regionun təhlükəsizliyini pozmağa cəhd edir. Radikal qruplar təhlükəsindən əlavə, biz narkotik qaçaqmalçılığı təhlükəsi ilə də üz-üzəyik. Bunun da kökü regiondan kənara gedib çıxır", - deyə səfir bildirib.
Diplomat qeyd edib ki, NATO 12 il əvvəl narkotik qacaqmalçılığı və terrorla mübarizə adı altında Əfqanıstana daxil olub: "Lakin onlar nəinki terroru, narkotik qaçaqmalçılığını aradan qaldırdılar, əksinə, biz orada narkotik qacaqmalçılığının artmasının şahidi oluruq”.
Səfir İranın bu təhdidlərə qarşı mübarizə aparmaq istəyən istənilən region ölkəsi əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.
"Hazırda müəyyən müsbət əlamətlər nəzərə çarpır. Bəzi qərb ölkələri artıq terrorla mübarizə aparmaqdadır. Düşünürəm ki, Vyana razılaşmasından sonra onlar terrorla mübarəzəyə daha çox enerji sərf edəcəklər. Terror və radikallığa qarşı bütün dünya miqyasında mübarizə aparılmalıdır. Bizim bu sahədə Azərbaycanla çox sıx əməkdaşlığımız var", - deyə diplomat vurğulayıb.
Səfir həmçinin onu da bildirib ki, İran Azərbaycanla nüvə enerjisinin istehsalı sahəsində əməkdaşlığa hazırdır: "Biz hesab edirik ki, sülh məqsədi ilə nüvə enerjisini istehsal etmək bütün dünya ölkələrinin haqqıdır. Düşünürük ki, neft-qaz enerjisinin ömrü uzun deyil. Gələcəkdə dünya alternativ enerjiyə - atom enerjisinə ehtiyac duyacaq. Hər bir ölkənin sülh məqsədli nüvə enerjisindən istifadə etmək haqqı var”,-deyə səfir qeyd edib.
Səfir İranın bu sahədə istənilən ölkə ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.


Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info