Ukraynada daha bir jurnalist öldürüldü
Tarix: 15.07.2015 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


“Pravda.ru”: “Ukraynada bu gün baş verənləri real rənglərlə görən və təsvir edənlərə qarşı ov başlayıb”

Beynəlxalq informasiya agentliyi olan “Rusiya bu gün”ün işçisi, gənc ukraynalı jurnalist xanım Bazar ertəsindən Çərşənbə axşamına keçən gecə evinin astanasındaca güllələnib. Qeyd edək ki, “pravda.ru” bu barədə yazır. Bildirilir ki, gecə saat iki radələrində ofisdən evinə dönən gənc qadın qatil tərəfindən güllələnib. O, kürəyindən üç güllə yarası alıb. 26 yaşlı Marqaritanın iki körpə uşağı vardı. İctimai fəal Yuri Kot özünün “Facebook” səhifəsində bildirib ki, Marqarita Valenko çox tanınmış jurnalist olmayıb. O, 2013-cü ilin sonuna qədər Kiyevin internet media qurumlarından birində işləyib, 2014-cü ilin yanvarında isə ölkədə siyasi təfriqələrə görə həmin saytı tərk edib. Həmin dövrdən başlayaraq, Marqarita Valenko “Rusiya bu gün”ün ştatdankənar əməkdaşı kimi çalışmağa başlayıb.

Qərbin “demokratiya” dəllalları Ukraynada baş verən jurnalist qətlləri və zorakılıqlar barədə tamamilə susmağa üstünlük verirlər və bu vəhşətləri öz hesabatlarına salmağı ağıllarına da gətirmirlər. Əslində bu “məntiqi”dir – çünki “Qərb modelli” ölkə kimi qurulmağa sürüklənən Ukraynada bu gün baş verənlər elə həmin Qərb dairələrinin öz “əsəridir”

Mərhumun yaxınları bildiriblər ki, son 4 ayda onun ünvanına ukraynalı radikallardan və digər şəxslərdən hədələr gəlib. Xəbər verilir ki, Kiyev prokuraturası qətl maddəsi ilə sözügedən qətllə bağlı araşdırmaya başlayıb. Jurnalist Yelena Boyko bildirib ki, bütün günü Marqaritanı tanıyanlar onun evinin astanasına çiçəklər və şamlar düzüblər. Hamısı onu yaxşı insan və Ukraynanın patriotu kimi yad edib. Bildiriblər ki, o, öz işində Donbasın və sağlamfikirli ukraynalıların maraqlarını müdafiə edib.
Beləliklə, Ukraynada fərqli düşünən daha bir jurnalist qəddarca öldürülüb: “Bundan öncə Olesya Buzina, Sergey Suxobok, Olya Moroz kimi jurnalistlərlə adekvat “haqq-hesab çəkilməsi” ondan xəbər verir ki, Ukraynada bu gün baş verənləri real rənglərlə görən və təsvir edənlərə qarşı ov başlayıb. Öz həyatlarına görə qorxan bir çox ukraynalı jurnalistlər artıq ölkə hüdudlarını tərk ediblər. Halbuki onlar həmin ölkədə doğulublar və bütün ömürlərini keçiriblər. Bu gün isə onların Ukraynada təhlükəsizliyinə kimsə təminat verə bilmir”.
Onu da əlavə etmək lazımdır ki, bu gün Ukraynada “demokratiya quruculuğu” adı altında bu cür dözümsüzlük və mediaya qarşı aqressivlik aktları intensiv şəkildə baş verməkdədir. Bunu haqqında yazdığımız jurnalist qətli də açıq-aşkar sübut edir.
Daha acınacaqlısı odur ki, özgə vaxt ölkələrə “insan hüquq və azadlıqları dərsi keçən Qərbin “demokratiya” dəllalları Ukraynada bu baş verənləri görməzdən gəlir. Onlar Ukraynada baş verən jurnalist qətlləri və zorakılıqlar barədə tamamilə susmağa üstünlük verirlər və bu vəhşətləri öz hesabatlarına salmağı ağıllarına da gətirmirlər. Əslində bu “məntiqi”dir – çünki “Qərb modelli” ölkə kimi qurulmağa sürüklənən Ukraynada bu gün baş verənlər elə həmin Qərb dairələrinin öz “əsəridir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
İranın uran istehsalı dörd dəfə artıb
17.06.2019
İranda 20 xarici valyuta bahalaşıb
17.06.2019
Anna Frankın sitəm dolu gündəliyi
17.06.2019
Türkiyədə polis əməliyyat keçirir
17.06.2019
Hindistanda həkimlər tətilə çıxdılar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info