“Azəryolservis”in 6 ay ərzində gördüyü işlərin hesabatı
Tarix: 15.07.2015 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən 114,4 kilometr yol tikilib, yenidən qurulub və təmir olunub. Onlardan 44,6 kilometri respublika əhəmiyyətli, 69,8 kilometr yol isə yerli əhəmiyyətlidir.
Göstərilən müddət ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ümumi istifadədə olan avtomobil yollarında tikilən və təmir olunan körpülərin sayı 12 ədəddir. Körpülərdən 10-u yeni tikilib, 2-i isə təmir olunub.
Bakı şəhəri üzrə son 6 ayda təmir və bərpa edilmiş, yenidən qurulmuş avtomobil yollarının ümumi uzunluğu 62,9 kilometrdir. Yeni tikilmiş yolların uzunluğu isə 24,2 kilometrdir.
Cari ilin müvafiq dövrü ərzində Bakı şəhəri üzrə tikilmiş körpü və tunellərin sayı 4 ədəddir. Onlardan 2-i körpü, 2-i isə tuneldir. 2015-ci ilin yanvar-iyun ayları ərzində Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Bakı şəhərində 6 ədəd yerüstü və yeraltı piyada keçidləri də inşa edilib. Bakı şəhərində olan yollar, prospektlər və küçələr də daxil olmaqla, avtomobil yolları və körpülərin saxlanılması, təmiri və tikintisi işlərinin yaxşılaşdırılması üçün yol idarələrinin istehsalat bazalarının gücləndirilməsi məqsədi ilə, son 6 ay ərzində 5 ədəd müxtəlif avtonəqliyyat vasitəsi və yol texnikası alınaraq Yol İstismarı İdarələrinin istifadəsinə verilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən avtomobil yollarının kənarlarının abadlaşdırılması və yaşıllaşdırılması istiqamətində yolların mühafizə zolaqlarında ümumilikdə 49523 ədəd ağac və dekorativ kol bitkiləri əkilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info