ƏƏSMN-in “İş yerinə dair arayış” elektron xidmətindən istifadə edənlərin sayı artıb
Tarix: 15.07.2015 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


Elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix və digər məlumatlar əksini tapır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən ilin dekabr ayında “Elektron Hökumət” portalı üzərindən əhalinin istifadəsinə verilən “İş yerinə dair arayış” elektron xidmətindən cari il iyulun 1-dək 88 395 dəfə istifadə edilib.
İş yerinə dair elektron arayışlarda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər məlumatlar əksini tapır. Arayış əmək haqqı göstərilməklə və ya əmək haqqı göstərilmədən də əldə edilə bilər. Arayışın təqdim olunduğu təşkilatlar isə e-arayışda göstərilən ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə etməklə həmin məlumatların, eləcə də əmək haqqı barədə göstəricilərin dürüst olub-olmadığını yoxlamaq imkanına malikdirlər.
Bu e-xidmət istifadəyə verildikdən sonra müvafiq arayışların alınması üçün vətəndaşlar tərəfindən işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə, bundan ötrü vaxt və əziyyət sərf etmələrinə ehtiyac qalmayıb. Qeyd edilən amillər kağız formasında arayışların elektron arayışlarla əvəz olunması prosesinin sürətlənməsi və bununla əlaqədar “İş yerinə dair arayış” e-xidmətindən faydalanan şəxslərin də sayının artması ilə müşahidə olunur. Belə ki, cari ilin yanvar ayı ilə müqayisədə iyun ayında “İş yerinə dair arayış” e-xidmətindən istifadə edənlərin sayı 34,5 faiz artaraq 13430 nəfərə çatıb.

Bir ayda ƏƏSMN-nin e-xidmətlərindən 212500 dəfədən çox istifadə qeydə alınıb


Cari ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən istifadə sayı 151020 ədəd təşkil edib.
Həmçinin ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən 44581 dəfə, “İş yerinə dair arayış” e-xidmətindən 14018 dəfə istifadə olunub. Hər üç e-xidmət son bir ayda da əhalinin “Elektron hökumət” portalı üzərindən ən çox faydalandığı e-xidmətlər sırasında ilk yerləri tutub.
“Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti ötən ilin ortalarından ƏƏSMN tərəfindən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ilə əlaqədar əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilməsi üçün əhalinin istifadəsinə verilib. Bu sistem “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərinin də yaranmasını şərtləndirib.
Ümumiyyətlə, vətəndaşlar aprel ayında ƏƏSMN-nin bütün elektron xidmətlərindən 212512 dəfə yararlanıb.



Qorqud




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info