Səbail rayonunda Milli Mətbuatın 140 illiyi ərəfəsində jurnalistlərlə görüş keçirildi
Tarix: 15.07.2015 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


Kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 140 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və 75-dən çox TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə ənənəvi tədbir-görüş keçirildi.
Görüşü giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, bu il artıq 140 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib. Asif Əsgərov vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi nəticəsində plüralizm, söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb: “KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşıb, onun maddi-texniki bazasının inkişafı istiqamətində addımlar atılıb. Ulu öndərin müvafiq fərmanı ilə mətbuat üzərində senzura ləğv edilib, qəzetlərin «Azərbaycan» nəşriyyatına olan borcları əvvəlcə dondurulub, sonradan isə birdəfəlik olaraq ləğv edilib”. Qeyd edildi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi xətti bu gün onun davamçısı Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısının dərindən düşünülmüş, müdrik siyasəti sayəsində dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilən Azərbaycanda bu gün medianın inkişafı üçün hər cür şərait yaradıldığını vurğulayan icra başçısı qeyd edib ki, 2013-cü il iyul ayının 22-də məhz Milli Mətbuat günündə Prezident İlham Əliyevin iştirakı ilə Səbail rayonunda jurnalistlər üçün tikilmiş yeni 17 mərtəbəli, 156 mənzilli binada mənzillərin paylanması mərasimi keçirilib. Elə həmin gün Prezident həmin binanın yanında jurnalistlər üçün inşa ediləcək 17 mərtəbəli, 255 mənzilli yeni binanın binanın təməlqoyma mərasimində də iştirak edib. Hazırda bu binanın tikintisi başa çatmaq üzrədir. KİV-lərlə RİH hakimiyyəti arasında sıx əlaqələrdən danışan Asif Əsgərov bildirdi ki, son 3 il ərzində 2 dəfə KİVDF ilə birgə «Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər» mövzusunda fərdi jurnalist yazıları müsabiqələri, hər il Milli Mətbuat günü ərəfəsində müxtəlif mövzularda konfrans, tədbir və görüşlər keçirilmiş, müsabiqələr vaxtı, həmçinin il ərzində müxtəlif KİV-lərdə rayonla bağlı geniş və oxunaqlı materiallar çap olunub. RİH və KİV-lər arasında sıx əməkdaşlıq əlaqələri qurulub və bu əlaqələr ildən ilə daha da möhkəmlənir.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 140 illiyi ilə əlaqədar ölkə başçısının sərəncamına uyğun olaraq respublikanın bölgələrində keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr fondun keçirdiyi müsabiqələr və onların yekunu barədə danışaraq, jurnalistlər üçün inşa olunan yeni yaşayış binasında işlərin gedişi və istifadəyə veriləcəyi vaxt barədə məlumat verdi. Vüqar Səfərli Azərbaycan mətbuatının 140 illiyi çərçivəsində rayonlarda keçirilən tədbirlərdən söz açaraq iyulun 22-də Bakıda Gülüstan sarayında yubiley tədbiri keçiriləcəyini də açıqladı: “Heydər Əliyevin dövründə “Azərbaycan” nəşriyyatına olan 300 min dollar borc donduruldu. Bu borclar əsasən müstəqil qəzetlərin nəşriyyata borcu idi, dövlət qəzetlərinin borcu yox idi. 1998-ci ildə isə Azərbaycanda senzura ləğv olundu, deyərdim ki, qəzetlərin əsl müstəqilliyi o dövrdən başladı. Sonrakı dövrdə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, jurnalistlər Mətbuat Şurasını təsis etdilər”. V. Səfərli qeyd etdi ki, 2000-ci ildə Heydər Əliyevin sərəncamı ilə 22 iyul - Milli Mətbuat Günü ilə bağlı yubiley tədbiri keçirilib və Heydər Əliyev də o tədbirdə iştirak edib: “O vaxtdan milli mətbuatımızın yubileyi hər il iyulun 22-də qeyd edilməyə başladı. 2009-cu ildə isə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fond redaksiyaların maddi-texniki bazasının yüksəldilməsinə dəstək verib, jurnalistlərin peşəkarlığını artırmaq üçün yazı müsabiqələri təşkil edib. Bütün bunlar dövlətin mediaya qayğısıdır”.

Jurnalistlər üçün tikilən ikinci bina gələn il istifadəyə veriləcək

Vüqar Səfərli çıxışında onu da bildirdi ki, Azərbaycan jurnalistləri üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda tikilən ikinci bina 2016-cı ildə istifadəyə veriləcək. Jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 2013-cü ildə jurnalistlər üçün ilk binanın istifadəyə verildiyini xatırladan V. Səfərli növbəti ildə 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət binanın jurnalistlərin istifadəsinə veriləcəyini açıqladı: “Dünyanın heç yerində dövlət tərəfindən jurnalistlərə pulsuz ev verilməsi halı yoxdur. Jurnalistlərə 2013-cü ildə verilən mənzillər tam təmirli olub, gələn il də jurnalistlərə veriləcək mənzillər tam təmirli olacaq”. V. Səfərli bu il Milli Mətbuatın 140 illik yubileyi ilə bağlı jurnalistlərə fəxri adların verilməsi ilə əlaqədar Prezident Administrasiyasına 800-dən çox müraciətin daxil olduğunu, iyulun 22-də prezident tərəfindən verilən sərəncamla fəxri adlara layiq görülən jurnalistlərin adlarının açıqlanacağını nəzərə çatdırıb.
Səbail rayon İcra Hakimiyyəti İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov son bir il ərzində RİH tərəfindən mətbuatla bağlı görülən işlərlə bağlı analitik hesabatı tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirdə çıxış edən «Səs» Media Qrupunun rəhbəri Bəhruz Quliyev, «Xalq qəzeti»nin baş redaktoru Həsən Həsənov və başqaları Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan, həmçinin dövlət orqanları ilə mətbuat nümayəndələri arasında sıx əlaqələrin qurulmasının və bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışdılar.
Tədbirdə jurnalistləri maraqlandıran suallar cavablandırıldı və Milli Mətbuat günü münasibətilə 75-dən çox KİV nümayəndəsinə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələri təqdim olundu.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info