Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı prosedurlar sadələşdirilib
Tarix: 15.07.2015 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


“Yeni onlayn xidmətin tətbiqində məqsəd daşınmaz əmlakın qeydiyyatını daha da sadələşdirmək, qeydiyyat üçün lazım olan prosedurları minimuma endirmək, vaxt itkisini və əlavə müraciəti aradan qaldırmaqdır”.
Bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov iyulun 15-də keçirilən “Daşınmaz əmlakın təkrar qeydiyyatında yeni onlayn xidmət” mövzusunda ictimai təqdimatda bildirib.
Sədr müavini tədbirin digər məqsədinin müasir dövrdə elektron əmlak idarəçiliyi sisteminin qurulmasında, məmur-vətəndaş ünsiyyətinin azaldılmasında yeni onlayn xidmətlərin rolu və faydaları barədə ictimaiyyəti məlumatlandırmaq olduğunu diqqətə çatdırıb.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq komitə tərəfindən xidmət səviyyəsinin yüksəldilməsi, şəffaflığın və çevikliyin daha da artırılması istiqamətində tədbirlər həyata keçirilir. Qeydiyyat prosesinin sadələşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə, elektron və onlayn xidmətlərin tətbiqi, xidmət şəraitinin və dövlət qulluqçularının etik davranış səviyyəsinin yüksəldilməsi bu sahədə atılan ardıcıl addımlardır.
Məhz yeni onlayn xidmətin istifadəyə verilməsi ilə daşınmaz əmlakın təkrar qeydiyyatında əvvəllər mövcud olmuş daha bir prosedur aradan qalxıb. Belə ki, vətəndaşların, fiziki və hüquqi şəxslərin notariusda rəsmiləşdirdikləri daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədləri artıq onlayn rejimdə ərazi qeydiyyat idarələrinə göndəriləcək. Bununla da, vətəndaşların notariusda edilən alqı-satqı əməliyyatından sonra sənədləşmə üçün yenidən ərazi qeydiyyat idarəsinə gəlməsinə ehtiyac qalmayıb.
Ümumiyyətlə, əgər əvvəllər qeydiyyat üçün 4 prosedur tələb olunurdusa, onlayn xidmətlərin istifadəyə verilməsindən sonra bu say 2-yə enib. Ötən il daşınmaz əmlakın yüklülüyünə dair Forma-1 arayışlarının onlayn verilməsi xidməti istifadəyə verilib. Bu il isə növbəti onlayn xidmətin tətbiqi ilə qeydiyyat prosesi daha da sadələşib. Gələcəkdə isə daha yeni elektron və onlayn xidmətlərin istifadəsi nəzərdə tutulur.
R.Cəlilov həmçinin vurğulayıb ki, komitənin onlayn xidmətləri, o cümlədən təqdimatı keçirilən yeni onlayn xidmət Dünya Bankının dəstəyi ilə həyata keçirilən “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində reallaşıb. Bu onlayn xidmət Daşınmaz Əmlakın Milli Qeydiyyatı Sistemi (MQS) əsasında fəaliyyət göstərəcək. Belə ki, daşınmaz əmlakın təkrar qeydiyyatı ilə bağlı alqı-satqı müqaviləsi bağlandıqdan sonra müqavilə barədə məlumatlar onlayn rejimdə sistemə ötürülür. Sistemdə isə avtomatik olaraq daşınmaz əmlakın qeydiyyatı ilə bağlı ərizənin nömrəsi və çıxarışın hazır olma tarixi bəlli olur. Bu barədə vətəndaşa elektron və kağız formada bildiriş verilir. Eyni zamanda, yeni onlayn xidmətin tətbiqindən sonra qeydiyyatla bağlı dövlət rüsumu və xidmət haqqı ödənişlərini də onlayn qaydada həyata keçirmək mümkündür. Ərizəçi birbaşa alqı-satqı əməliyyatını həyata keçirdiyi məkanda quraşdırılmış onlayn ödəniş terminallarında müvafiq ödənişləri edə bilir. Bununla da, vətəndaşın rüsum və xidmət haqlarını ödəməsi üçün əlavə yerə getməsinə ehtiyac qalmır.
Yeni onlayn xidmət təkrar daşınmaz əmlak bazarında aktivliyi artıracaq, alqı-satqı proseslərinin daha operativ həyata keçməsini təmin edəcək. Bu sahədə əlavə vaxt itkisinə səbəb olan amillərin aradan qalxmasına səbəb olacaq. Şəffaflıq, rahatlıq və operativliyin yüksəlməsi ilə vətəndaş məmnunluğunun artmasına gətirib çıxaracaq.
Sonda sorğu nəticələri, eləcə də bu nəticələri özündə əks etdirən yekun hesabatla bağlı müzakirələr aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info