Naxçıvanda fəal gənclər mükafatlandırılıblar
Tarix: 15.07.2015 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


İyulun 14-də Naxçıvan şəhərindəki “Duzdağ” otelində xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 46-cı ildönümü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə muxtar respublikanın ictimai həyatında fərqlənən gənclər də mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxış edərək bildirib ki, Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol məhz 1969-cu ildən, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən başlanıb. Milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın bugünkü və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.
Qeyd olunub ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran dahi şəxsiyyət gənclər siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi, dövlətimizin başçısı İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə bu gün öz layiqli yerini tutublar. Ümummilli Liderin təməlini qoyduğu dövlət gənclər siyasəti muxtar respublikada da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilərək yeni bir mərhələyə qədəm qoyub. Ali Məclis Sədrinin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün muxtar respublikada yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.
“Gənclərin ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada gənclərlə iş sahəsində həyata keçirilən tədbirlərin əsasını təşkil edir. Gənclər sahəsində atılan məqsədyönlü addımlar və qazanılan uğurlar onu deməyə əsas verir ki, ölkəmizdə, eləcə də muxtar respublikada 2015-ci il gənclər və idman sahəsində müstəqillik dövrünün ən yaddaqalan ili olacaqdır”, - deyə Azad Cabbarov qeyd edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun sədri Məmməd Babayev bildirib ki, əsası 1969-cu ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra gənclərlə iş sahəsində də məqsədyönlü tədbirlər görülüb.
Qeyd olunub ki, Ümummilli Liderimiz bu sahənin hüquqi bazasının yaradılması, gənclərlə işin daha da təkmilləşdirilməsi məsələlərini də diqqət mərkəzində saxlayıb, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradıb. Bu gün dövlət gənclər siyasəti muxtar respublikada da uğurla həyata keçirilir. Məhz göstərilən diqqət və qayğının nəticəsidir ki, hazırda muxtar respublikada məşğul əhalinin əksəriyyəti gənclərdən ibarətdir.
Sonra muxtar respublikanın ictimai həyatında və müxtəlif yaradıcılıq sahələrində fərqlənən gənclərə hədiyyələr təqdim olunub.
Tədbirin bədii hissəsində isə Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb
17.07.2019
Arıçılara 4,2 milyon manatdan çox subsidiya veriləcək
17.07.2019
Azərbaycanda əhalinin sayı daha 13 133 nəfər artıb
17.07.2019
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub
16.07.2019
Zaqatalada 171 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info