“Abşeronneft”də neft hasilatı artıb
Tarix: 15.07.2015 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


“Azneft” İb-nin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsi 2015-ci ilin birinci yarısında 163 min 332 ton neft hasil edərək proqnoza 108,7 faiz əməl edib.
Bu, ötən ilin müvafiq dövrünə nisbətən 13 min 32 ton çox olub. Bundan başqa, İdarə cari ilin yanvar-iyun ayları ərzində 23 milyon 57 min kubmetr qaz hasil edərək tapşırığı 104,9 faiz yerinə yetirib. Həmin dövrdə 28 quyu təmir olunub, fəaliyyətsiz fonddan istismara daxil edilib ki, bu quyulardan da 3170 ton əlavə neft alınıb. Qazmadan alınmış 18 quyudan isə 7850 ton neft hasil olunub. Hasilatın stabilləşdirilməsi məqsədilə həyata keçirilmiş 69 geoloji tədbir nəticəsində 5740 ton neft, 566 texniki tədbir nəticəsində isə 2929 ton əlavə neft hasil edilib. Quyularda həyata keçirilmiş 111 əsaslı təmir əlavə olaraq 7460 ton neftin hasilatın səbəb olub. “Abşeronneft” NQÇİ-nin kollektivi ekoloji mühitin sağlamlaşdırılmasını da diqqət mərkəzində saxlayır. İdarənin ətrafında, Pirallahı qəsəbəsinin digər ərazilərində Abşeron yarımadasının iqlim şəraitinə uyğun ümumilikdə 2200 ədəd gül kolu əkilib, qəsəbə yolları təmizlənib. NQÇİ tərəfindən 1235 metr neft kollektoru, 345 metr qaz xətti, 785 metr atqı xətti, həmçinin 17 ədəd su və 63 ədəd neft nasosu da təmir edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Azeri Light”ın bir barrelinin qiyməti 72 dolları keçib
13.11.2018
Oktyabrda bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info