“Çalışacağıq ki, maksimum nəticə göstərərək 6 lisenziya qazanaq”
Tarix: 15.07.2015 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Elvin Mürsəliyev: “Qızıl medal qazanmağım və “Şöhrət” ordeni ilə təltif olunmağım qürurvericidir”

“Bakı-2015” birinci Avropa Oyunlarında qızıl medal qazanmağım və Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmağım qürurverici hisdir”. Bu fikirləri birinci Avropa Oyunlarının çempionu, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvü Elvin Mürsəliyev “Bakı-2015”-ə dair təəssüratlarını bölüşərkən deyib.
Elvin Mürsəliyev deyib: “Hər bir idmançı kimi, mənim də arzum birinci Avropa Oyunlarında ölkəmizi layiqincə təmsil etmək, qızıl medal qazanmaqdır. Şükürlər olsun ki, birinci Avropa Oyunlarında buna nail oldum. Biz Oyunlarla bağlı hazırlıqlara 8 ay əvvəl başlamışdıq. 2015-ci ildə bizi ilk olaraq Dünya Kuboku yarışları gözləyirdi. Uğurla çıxış edərək Dünya Kubokunu qazandıq və Azərbaycana gətirdik. Yunan-Roma güləşi üzrə Azərbaycan millisi ilk dəfə bu uğura nail olmuşdu. Kuboku qazandıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev bizi təbrik etdi və komandamızın üzvləri ilə görüşdü. Biz həmin görüşdə dövlət başçısına söz verdik ki, Dünya Kuboku yarışlarındakı uğurumuzu birinci Avropa Oyunlarında da layiqincə təkrar edəcəyik. Ona görə də həmin səkkiz ay bizə bəlkə də səkkiz il kimi gəldi. Məşqlərimiz gərgin keçirdi, hətta zədələnmələr də olurdu. Bizə fəal dəstək olduğuna görə Azərbaycan Güləş Federasiyası rəhbərliyinə təşəkkür edirəm”. Birinci Avropa Oyunlarında rəqiblərinin güclü olduğunu vurğulayan çempion idmançımız əlavə edib: “Onların arasında Rusiya təmsilçisi keçən il dünya birinciliyin qalibi olmuşdu. Ondan başqa, Gürcüstan idmançısı da güclü idi. Düzdür, Gürcüstan təmsilçisi ilə bir dəfə qarşılaşdığım üçün onun oyun tərzinə bələd idim. Amma rusiyalı rəqibimlə qarşılaşmamışdım və oyununa bələd deyildim. Ona görə də ondan bir az çəkinirdim. Qızıl medalı qazanmağı çox istəyirdim. Şükürlər olsun ki, heç bir səhvə yol vermədən rusiyalı idmançını məğlub edərək çempion oldum”. İdmana gəlişi ilə bağlı sualı cavablandıran Elvin Mürsəliyev uşaqlıqda dəcəl olduğu üçün valideynlərinin onu idmana istiqamətləndirdiklərini vurğulayıb. Artıq 16 ilə yaxındır ki, peşəkar idmandayam. On ildir ölkəmizi beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarda təmsil edirəm. Elvin Mürsəliyev deyib: “Bizi sentyabrın əvvəlində ABŞ-ın Las-Veqas şəhərində Dünya Çempionatı gözləyir. Bu Dünya Çempionatı “Rio-2016” Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Birinci Avropa Oyunları başa çatandan bir həftə sonra Dünya Çempionatına hazırlıqlara başladıq. Artıq vaxta az qalıb. Yunan-Roma güləşi üzrə 8 çəki dərəcəsi mövcuddur ki, onun da 6-sı Olimpiya kateqoriyasına aiddir. Çalışacağıq ki, maksimum nəticə göstərərək 6 lisenziya qazanaq”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info