Hindistanda dini festival zamanı ölənlərin sayı artıb
Tarix: 16.07.2015 | Saat: 00:04:00 | E-mail | Çapa göndər


Hindistanın cənub-şərqində Andxra Pradeş ştatının Racamandri şəhərində dini festivalda yaranan izdiham zamanı ölənlərin sayı 27 nəfərə çatıb.
“RİA Novosti” informasiya agentliyi xəbər verir ki, yüzlərlə insan Puşkaralu bayramı ilə əlaqədar bu həftə ərzində müqəddəs saydıqları Qodavari çayında yuyunmaq üçün qxata - pilləli enişə doğru yönəliblər. Qxatların birində minlərlə zəvvar toplanıb. Faciə qapılar açıldıqdan sonra onların çaya doğru can atdıqları zaman baş verib. Bir qədər əvvəl verilən məlumata görə ölənlərin əksəriyyəti qadınlardır. Bəzi cəsədlərin hələ də hadisə yerində qaldığı bildirilir və bu səbəbdən də ölənlərin sayının artacağı istisna olunmur. Yerli polisin məlumatına görə hadisə nəticəsində 30-dək insan yaralanıb. Şəhər xəstəxanasına aparılan yaralıların bəzilərinin vəziyyəti ağırdır. Növbəti 12 gün ərzində Qodavari çayında 10 milyondan artıq insanın yuyunacağı gözlənilir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info