İran Avropa bazarına rahat çıxış əldə edəcək
Tarix: 16.07.2015 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Belə görünür ki, İrana qarşı tətbiq edilmiş qadağaların 2016-ci ildən etibarən aradan qaldırılması dünya bazarına mühüm bir iqtisadi oyunçunun qayıtması ilə müşahidə ediləcək.
Qeyd edilməlidir ki, qadağalar dövründə belə, Rusiya barter yolu ilə İran şirkətləri ilə əməkdaşlıq edib. Qadağaların ləğvi isə iki ölkə arasında iqtisadi əməkdaşlığa yeni stimul verəcək. Rusiyanın xarici işlər naziri S.Lavrov bildirib ki, sanksiyaların aradan qaldırılması İranla iqtisadi əlaqələrə əlavə təkan verəcək: “Birtərəfli qadağalar bizim şirkətlər üçün də faktiki maneələr yaradırdı. Lakin buna baxmayaraq, müxtəlif layihələri birlikdə həyata keçirməyə çalışmışıq”. Rusiya və İran birgə layihələr və ticarətin genişləndirilməsini müzakirə etmək barədə razılığa gəliblər. Əsasən, balıq, dəniz və quşçuluq məhsullarının alınması məsələləri müzakirə ediləcək. Tərəflər ticarət mallarının siyahısının genişləndirilməsi barədə də danışıqlar aparacaqlar. Qeyd edilməlidir ki, Tehran da Rusiyadan qida məhsulları almaqda maraqlıdır. Məsələn, İran hər il Rusiyadan 5-7 milyon ton taxıl alır. Birgə layihələrlə bağlı iki ölkə arasında nüvə stansiyalarının, dəmir yollarının elektrikləşdirilməsi, tikinti liftləri, elektrik stansiyalarının təmiri, neft və qaz yataqlarının birgə işlənməsi və s. barədə danışıqlar aparılacaq. İran Rusiyanın ağır maşınqayırma sənayesinə aid olan bütün mallarla maraqlanır. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, Moskva və Tehran birgə müəssisələrin yaradılmasını müzakirə edirlər. Moskva Tehranla əlaqələri heç vaxt kəsməyib, əksinə son illərdə daha da genişləndirməyə çalışıb. Belə ki, Rusiyaya qarşı tətbiq edilmiş qadağalardan sonra , “özlərini bir qayıqda” hiss edən iki ölkə arasında əlaqələr daha da möhkəmlənib. Bəlkə də, elə Tehrana qarşı tətbiq edilmiş qadağaların ləğvi İranın Rusiya ilə əlaqələrinin pozulmasına hesablanıb. Bütün bunlarla yanaşı, qeyd edək ki, İrana qarşı qadağaların ləğvi yalnız Rusiyaya deyil, bütün dünya üçün yeni qapılar açır. Bu da bəzi narahatlıqlara yol açır. Belə ki, Tehran Moskvanın təxminən 30 faizlik yerə sahib olduğu Avropa bazarına rahat çıxış əldə edəcək.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info