Deputatımız Fransanın Kolmar şəhərinin “Fəxri səfiri” elan olunub
Tarix: 16.07.2015 | Saat: 01:18:00 | E-mail | Çapa göndər


Millət vəkili, Azərbaycan - Fransa parlamentlərarası dostluq qrupunun üzvü Cavanşir Feyziyev Fransanın Kolmar şəhərinin “Fəxri səfiri” elan olunub.
Bu barədə məlumatların dərc olunduğu Fransa mətbuatında yayılan xəbərlərdə azərbaycanlı deputatın ictimai-siyasi fəaliyyəti, Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafına verdiyi töhfələr haqqında da danışılır. Bildirilir ki, Fransanın Kolmar meriyasında keçirilən xüsusi tədbirdə şəhər meri Jilber Meyer “Fəxri səfir” etimadnaməsini Cavanşir Feyziyevə təqdim edib. Azərbaycan-Fransa əlaqələrinin tarixindən və son illərdə bu əlaqələrin hərtərəfli inkişafından danışan şəhər meri bir neçə ay əvvəl Kolmar və Şəki şəhərlərinin qardaşlaşması haqqında saziş imzalandığını bildirib və bu layihənin həyata vəsiqə almasında millət vəkili Cavanşir Feyziyevin xidmələrini xüsusi vurğulayıb. O, eyni zamanda azərbaycanlı deputata göstərilən etimadı Cavanşir Feyziyevin Fransa tarixinə və mədəniyyətinə yaxından bələd olması, fransız dilində sərbəst danışması və Fransa-Azərbaycan mədəni əlaqələrinin inkişafına daha böyük töhfələr vermək imkanlarına malik olması ilə əsaslandırıb. Tədbirdə çıxış edən deputat Cavanşir Feyziyev bildirib ki, son illərdə iki ölkə münasibətlərinin inkişafında Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın rolu böyükdür. Heydər Əliyev Fondunun layihələri əsasında Fransanın 10-dan artıq şəhərində Azərbaycan mədəniyyətinin təbliğinə dair xüsusi tədbirlər keçirilib. Cavanşir Feyziyev qeyd edib ki, Şəki və Kolmar şəhərlərinin qardaşlaşması da bu istiqamətdə aparılan işlərin tərkib hissəsidir.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
XİN: Ermənistan rəhbərliyinin məntiqini anlamaq çətindir
16.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
16.06.2019
Erməni əsilli Fransa politoloqundan etiraf: “Azərbaycanın bu istiqamətdə apardığı iş az rol oynamadı”
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info