Mehriban Əliyeva Kannda xalçalarımıza dair sərginin açılışında iştirak edib
Tarix: 16.07.2015 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


Kannda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Festivallar sarayında “Azərbaycan xalçaları incəsənətdə” sərgisinin açılışı olub.
Heydər Əliyev Fondundan verilən xəbərə görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Uğurla davam edən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarının simvolları olan Nar və Ceyran heykəlləri bu dəfə Kannda sərgilənir. Şəhərin turistlərlə zəngin Kruazett bulvarında sərgilənən 8 heykəl Azərbaycan və digər ölkələrin rəssamları tərəfindən müxtəlif ornamentlərlə rənglənmiş əsərlərdir.
"Azərbaycan xalçaları incəsənətdə" sərgisindəki əsərlər ilk dəfə nümayiş olunur.Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgi Azərbaycan xalça sənətinin tarixi, müasir dövrü, dünyada geniş yayılması barəsində ziyarətçilərə ətraflı məlumat verir. Gənc rəssam Elçin Vəliyevin sərgidə 7 əsəri nümayiş olunur. Məhz "Azərbaycan xalçaları incəsənətdə" sərgisi üçün hazırlanan bu əsərlər öz orijinallığı ilə seçilir. Yağlı boya ilə işlənən və əsasını xalça motivləri təşkil edən bu əsərlər 3D effekti ilə ziyarətçilərdə canlı təəssürat yaradır. Bu, E.Vəliyevin ilk sərgisidir.
Sərgidə Xalq rəssamı, görkəmli xalça ustası Lətif Kərimovun 1969-1970-ci illərdə yaratdığı xalça eskizləri nümayiş olunur. Təqdim olunan 15 əsər ilk dəfədir nümayiş etdirilir. Bunlar məhz Lətif Kərimovun özünün müəllifi olduğu ornamentlərin eskizləridir.
Sərgidə, həmçinin tanınmış rəssam Butunay Haqverdiyevin xalça instalyasiyası nümayiş olunur. İlk dəfə təqdim edilən bu əsər Azərbaycan xalça ornamentlərini canlandırır. Taxtadan hazırlanan instalyasiya 3D effekti ilə seçilir. Əsər Lətif Kərimovun eskizləri ilə yanaşı təqdim olunmaqla, milli xalça sənətinin tarixi, inkişafı və modern rəssamlıqda tətbiqini nümayiş etdirir. Sərgidə, həmçinin XV-XVI əsrlərdə dünya rəssamlarının əsərlərində yer almış xalça motivlərinin əks olunduğu video instalyasiya nümayiş olunur. Video instalyasiya Azərbaycan xalça sənətinin nadirliyini və dünyada məşhur olmasını, görkəmli rəssamların Azərbaycan milli xalça ornamentlərinə verdikləri dəyərdən bəhs edir.
Sərgidə tanınmış rəssam Vüqar Muradovun 7 əsəri nümayiş olunur. Rəssam bu əsərləri Kann sərgisi üçün hazırlayıb. Portret, mənzərə janrında olan və yağlı boya ilə işlənmiş bu əsərlər milli xalça ornamentlərini özünəməxsus şəkildə təqdim edir.
“Azərbaycan xalçaları incəsənətdə” sərgisi iyulun 16-dan ictimaiyyət üçün açıq olacaq və iyulun 31-dək davam edəcək.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info