Erik Rubindən Dağlıq Qarabağ açıqlaması
Tarix: 16.07.2015 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsində tərəfdar olduğunu sübut etməlidir. Erməni mətbuatının yaydığı məlumata əsasən, bunu ABŞ Dövlət katibinin Şərqi Avropa, Qafqaz və Regional Münaqişələr üzrə köməkçisinin müavini Erik Rubin Brukinqs İnstitutunda çıxışı zamanı deyib.
E.Rubin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həll edilməsi məsələsinə alternativ yoxdur: “Biz problemə məsələnin ədalətli, uzunmüddətli, qarşılıqlı xeyir və sülh yolu ilə həll edilməsi mövqeyindən baxırıq. Hamı bu məsələyə məhz bu mövqedən baxmalıdır. Çünki problemin başqa yaxşı həll yolu yoxdur. Qalan bütün alternativ yollar o qədər dəhşətlidir ki, onları nəzərdən keçirməyə belə dəyməz”.
Diplomat qeyd edib ki, bu asan olmasa da, ABŞ münaqişənin sülh yolu ilə həll edilməsi məsələsində tərəflərin tərəfdar olduğunu sübut edəcəyinə ümid edir: “Ümid edirik ki, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi məsələsində tərəfdar olduğunu sübut edəcək. Bu asan deyil. Münaqişənin həll edilməsi üçün tərəflər bir sıra məsələlərlə bağlı çətin seçim etməlidir, məhz bu səbəbdən problemin nizamlanması ilə bağlı razılıq hələ əldə olunmayıb”.
E.Rubin bildirib ki, ABŞ ATƏT-in Minsk Qrupunun digər iki həmsədr ölkəsi, Rusiya və Fransa ilə birgə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün hər cür yardım edəcək: “Münaqişənin kəskinləşməsinin qarşısının alınması məsələsində həmsədr ölkələrin səyləri xüsusi əhəmiyyətlidir. Bu gərgin və təhlükəli bir vaxtda insidentlərdən yayınmaq lazımdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info