Vasim Məmmədəliyev: “Azərbaycanda radikal dini cərəyanlarla bağlı real təhlükə görmürəm”
Tarix: 16.07.2015 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


“Azərbaycanda radikal dini cərəyanlarla bağlı real təhlükə görmürəm”. Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev deyib.
V. Məmmədəliyev bildirib ki, radikal dini cərəyanlarla mübarizə sahəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və QMİ-nin gördüyü işləri yüksək dəyərləndirir: “Radikallarla mübarizə o demək deyil ki, əlinə çomaq almalısan. İnsanları mənəvi cəhətdən qane etmək lazımdır ki, onların tutduqları yol düzgün deyil. İslam dini orta yolu seçən din hesab olunur. “Qurani-Kərim”də də müsəlmanlar orta bir ümmət, yəni müvazinəti gözləyən bir ümmət olaraq vəsf edilir. Təbii ki, Azərbaycanda radikal dini cərəyanlarla mübarizə sahəsində iş görülür. Mən özüm şeyxülislam Allahşükür Paşazadə və Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə, eləcə də din xadimləri ilə bir neçə rayonda olmuşam. Bütövlükdə görülən işi müsbət qiymətləndirirəm. Amma bu elə işdir ki, bir günün içərisində dönüş ola bilməz, təkamül yolu ilə bu mübarizəni davam etdirməliyik, heç bir çətinlikdən qorxmaq lazım deyil. İnsanları mənəvi cəhətdən başa salmaq lazımdır ki, tutduqları yol düzgün deyil”.

Azərbaycanda radikal dini cərəyanlarla bağlı real təhlükə görmədiyini söyləyən V. Məmmədəliyev qeyd edib ki, dövlət çox güclüdür: “İkincisi, o adamlarda radikallıq olsa da, bu, dini nöqteyi-nəzərdəndir. Onlarda hər şeyə qarşı radikallıq yoxdur. Bu radikallıq da yavaş-yavaş, tədricən insanlardan gedə bilər. Bunun üçün də maarifləndirməni gücləndirmək lazımdır. Bu sahədə QMİ-nin, Dövlət Komitəsinin, KİV-in də üzərinə böyük vəzifə düşür. Bu qurumlar əl-ələ verib işləyirlər, nəticəsi də yaxşı olacaq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
18.04.2019
Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır
17.04.2019
“Express Bank“ işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info