TUMİB gənclər üçün dini radikalizmə qarşı tədbir keçirib
Tarix: 16.07.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” layihəsi çərçivəsində Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının qərargahında yüz nəfərə yaxın gəncin iştirakı ilə tədbir keçirib.
Birlikdən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin məsləhətçisi Kənan Məmmədov qonaqları təqdim etdikdən sonra mövzunun aktuallığından danışıb. Natiq sözü layihənin rəhbəri, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) sədri Çingiz Bayramova verib. TUMİB sədri çıxışında gənclər arasında Azərbaycançılıq ideologiyasının təbliği, multikulturalizm, dini maarifçilik və tolerantlıq, dini radikalizmə qarşı ideoloji maarifçilik işinin aparılması, xarici dini sektaların təsirindən qorunmaq üçün gənclərin maarifləndirilməsinə ciddi ehtiyac olduğunu bildirib.
Tədbirdə digər çıxış edənlər: Gəncə şəhər icra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə Həsənova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şobəsinin müdiri Asif Əliyev, Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə, Azərbaycan Jurnalist Qadınlar Assosiyasiyasının prezidenti Sevil Yusifova, Qarabağ müharibəsi veteranı İsmayıl Tunç, TUMİB-in Türkiyə Respublikasının Adana şəhər nümayəndəsi Həsən Surxaylı çıxış edərək gəncləri radikal dini təsirlərə qarşı ayıq olmağa və hər bir Azərbaycanlı gənci Ulu Öndərimiz Heydər Əliyev tərəfindən sistemləşdirilən Azərbaycançılıq ideologiyasını daha da dərindən mənimsəməyə çağırdılar.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info