Dövlət Komitəsinin dəstəyi ilə Zaqatala və Qax rayonlarında iftar süfrələri təşkil edilib
Tarix: 16.07.2015 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına Ramazan ayında iftar süfrələrində maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə iftar süfrələri təşkil edilir.
Növbəti iftar süfrəsi iyulun 13-də Zaqatala rayonu Yuxarı Tala kənd məscidi dini icması tərəfindən təşkil edilib. İftar süfrəsində Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Arif Ramazanov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Dövlət Komitəsinə ayrılmış maliyyə vəsaiti hesabına aparılan maarifçilik işləri barədə ətraflı məlumat verib. O qeyd edib ki, Dövlət Komitəsinin dəstəyi ilə iftar süfrələri respublikanın bütün bölgələrində təşkil edilir və əsas məqsəd iftar süfrələri vasitəsilə dini maarifçilik işi aparmaqdır.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İbrahim İbrahimov və Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Arif Ramazanov çıxış edərək, bu cür tədbirləri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndiriblər. Həmçinin bildiriblər ki, Dövlət Komitəsinin maliyyə dəstəyi ilə iftar süfrələrinin açılması mütərəqqi bir ənənənin başlanğıcıdır.
Növbəti iftar süfrəsi iyulun 15-də Qax rayon Mərkəzi Cümə məscidi dini icması tərəfindən açılıb. İftar süfrəsində Qax Rayon İcra Hakimiyyətinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, dindarlar, rayon ziyalıları və ağsaqqalları iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov əvvəlcə bölgədə dini maarifləndirmə sahəsində görülən işlər barədə danışıb. O bildirib ki, son vaxtlar Dövlət Komitəsi tərəfindən təhsil müəssisələrində, dini tədris ocaqlarında və məscidlərdə müxtəlif maarifləndirici tədbirlər təşkil olunub. Eyni zamanda, dini icmalar da aktiv şəkildə maarifçilik prosesinə cəlb edilib.
QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov iftar süfrəsinin təşkilinə və maarifçilik işinin aparılmasına görə rayon dindarları adından təşkilatçılara minnətdarlığını bildirib. O qeyd edib ki, dindarlar ölkə Prezidenti İlham Əliyevin din sahəsinə, milli-mənəvi dəyərlərimizə və dini icmalara qayğısını yüksək qiymətləndirirlər. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov milli-mənəvi dəyərlərimizin təbliği və dini maarifçilik işinin aparılması baxımından dini icmalar tərəfindən təşkil edilən iftar süfrələrinin əhəmiyyətini vurğulayıb. Sədr müavini bildirib ki, həm milli-mənəvi dəyərlərimizin qorunmasında, həm də dini radikalizmlə mübarizədə dini icmaların üzərinə böyük vəzifə düşür. Dövlət Komitəsi bu vəzifəni yerinə yetirmələri üçün dini icmalara hərtərəfli dəstək verir. Dini icmaların iftar süfrələri vasitəsilə dini maarifçilik işi aparması üçün onlara maliyyə yardımı göstərilməsi bunun bariz nümunəsidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info