Hafiz Paşayev və Heydər Əsədov memorandum imzaladılar
Tarix: 16.07.2015 | Saat: 21:57:00 | E-mail | Çapa göndər


Bu gün ADA Universitetində kənd təsərrüfatı naziri Heydər Əsədov və xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin iştirakı ilə "Kənd təsərrüfatı sahəsində biznes idarəçiliyi üzrə beynəlxalq magistr proqramı"nın həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi aqrar sahədə yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması üçün nazirliyin dəstəyi ilə ADA Universitetində müvafiq ixtisasın tədrisini səmərəli şəkildə təşkil edib həyata keçirməkdir.
ADA Universitetinin rektoru H.Paşayev qonaqları səmimi salamlayaraq iqtisadiyyatda kənd təsərrüfatının önəmli sahələrdən biri olduğunu vurğulayıb və bu proqramın uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Nazir H.Əsədov öz səmimi təşəkkürünü bildirərək, Azərbaycanın tarixən aqrar ölkə olduğunu, ölkəmizdə həyata keçirilən aqrar siyasət, ölkə başçısının bu sahəyə göstərdiyi diqqət və qayğıdan, qəbul olunmuş qərar və sərəncamlardan danışıb və aqrar sahədə kadr hazırlığının vacibliyini qeyd edib. İlk dəfə imzalanan bu memorandumun ADA Universiteti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığa öz töhfəsini verəcəyini diqqətə çatdırıb, gələcəkdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
17 ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirənlər ADA Universitetinin magistrantı dərəcəsini qazanacaqlar. ADA Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri əlaqələndirmə və əməkdaşlığı həyata keçirəcək. İlk qəbul 2016-2017-ci tədris ilində nəzərdə tutulub. İxtisası seçənlər MBA tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri fənlər və praktiki seminarlar keçəcəklər. Magistrantlar beynəlxalq təcrübədən yararlanmaq məqsəd ilə xaricə təhsil mübadiləsi səfəri də edəcəklər.
Görüşdən əvvəl nazir H.Əsədov ADA Universitetinin fəaliyyəti ilə tanış olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
25.09.2018
AZAL yeni tipli təyyarələr üçün trenajorlar alacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info