Sabunçuda küçə yeni görkəmdə sürücülərin ixtiyarına verildi
Tarix: 16.07.2015 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsində, daha dəqiqi “İmam Zaman” məscidinin qarşısından Ramiz Qəmbərov küçəsi ilə kəsişməyədək olan hissəsində aparılan təmir-tikinti işləri yekunlaşıb. Küçənin bu hissəsi tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib.
Qeyd edək ki, bu küçədə təmir işləri Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinitəmin etmək məqsədi ilə bəzi küçə və prospektlərdə aparılan təmir-tikinti işləri çərçivəsində həyata keçirilirdi.
Sabunçu rayonu Rüstəm Rüstəmov küçəsinin təmir olunmuş hissəsinin uzunluğu 690 metr, ortalama eni isə 16 metrdir. Sözügedən ərazidə mühəndis-kommunikasiya xətləri çəkilmiş xəndəklərin üstü bərkidildikdən sonra ümumilikdə küçənin 10800 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bundan başqa küçədə köhnə səki daşları yeniləri ilə əvəzlənib. Küçəyə təqribən 700 paqon-metr yeni səki daşı düzülüb. Təmir işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.
İşlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında aparılıb. Küçədə nəqliyyat vasitələrinin hərəkətinin intensivliyi nəzərə alınaraq işlər qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq, yekunlaşdırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info