“Sahibkarlığın qarşısında duran süni maneələr aradan qaldırılmalıdır”
Tarix: 17.07.2015 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Millət vəkili Əli Məsimli: “İpoteka Fonduna 200 milyon manat ayrılması əlavə olaraq 5000 ailənin mənzillə təminatı deməkdir”

Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərə toxunan Prezident İlham Əliyev bildirib ki, cari ilin altı ayının yekunları çox müsbətdir. Azərbaycanın uğurla inkişaf etdiyini deyən ölkə başçısının sözlərinə görə, sənayeləşmə prosesi uğurla gedir: “Qeyd etdiyim kimi, qeyri-neft sənayemiz 14 faiz artıb. Mən xatırlamıram ki, nə vaxtsa qeyri-neft sənayemiz bu qədər artsın. Bu, doğrudan da rekord göstəricidir. Sənaye artımı əvvəllər də olub, amma daha çox neft hasilatı hesabına. O illərdə hasilatda artım olub. Amma qeyri-neft sənayemizdə olan bu artım doğrudan da görülən işlərlə bağlıdır”.
Bir sıra sosial məsələlərə toxunan ölkə başçısı bildirib ki, bunlardan biri də ipoteka kreditləşməsi ilə bağlıdır: “Mən artıq göstəriş vermişəm ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Buna böyük ehtiyac var. Xüsusilə gənclərin, digər kateqoriyalı insanların... Onların həyat şəraiti yaxşılaşmalıdır. Hesab edirəm ki, ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən ən azı 200 milyon manat, bəlkə də çox vəsait verilməlidir. Maliyyə Nazirliyi, Mərkəzi Bank bu məsələ ilə məşğul olurlar. Onlara müvafiq göstərişlər verilib. Bir müddətdən sonra mənə məruzə etsinlər ki, bu məsələ necə icra olunur. Əsas məsələ odur ki, vəsait ayrılmalıdır. Əlbəttə, şərtlər elə olmalıdır ki, ipotekaya maraq artsın”.
Mütəxəssislərimiz də ölkə başçısının irəli sürdüyü məsələlər və toxunduğu mövcud problemlərin yerində olduğunu bildirdilər. Müsahibimiz millət vəkili Əli Məsimlidir:
- Ölkə başçısı bildirib ki, sənayeləşmə prosesi uğurla gedir. Qeyri-neft sənayemiz 14 faiz artıb. Siz bu istiqamətdə vəziyyəti necə dəyərləndirirsiniz?
- Sənaye - Azərbaycan iqtisadiyyatının ən çox inkişaf etmiş sahələrindən biridir. Ölkənin ümumi daxili məhsulunun 40 faizindən çoxu bu sahənin payına düşür. Azərbaycanda hasilat sənayesi aparıcı yer tutur. Ölkə sənayesinin 70 faizə yaxını hasilat sənayesidir. Azərbaycanda hasilat sənayesinin sürətli inkişafından sonra, son illər emal sənayesi də sürətli inkişaf kursu götürüb.

“Həmin işlərin sistemli şəkildə həyata keçirilməsi Azərbaycanda yeni tikinti bumu yaradar, tikinti materialları sənayesinin inkişafını yeni mərhələyə qaldırar, yeni iş yerlərini yaradılmasına ciddi təkan və əhalinin mənzillə təminatında ciddi irəliləyişlər olar”

Əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qismi artıq Azərbaycanda istehsal olunmağa başlayıb. 2014-cü ildə Azərbaycan sənayesi ümumilikdə 0,7 faiz aşağı göstərici ilə yekunlaşıb. Sənayenin neftdənkənar sahələri isə 7 faiz artıb. Amma son vaxtlar “Sənaye ili” çərçivəsində və məqsədli proqramlar üzrə görülən işlər sayəsində bu il sənayedə artım tempi xeyli yüksəlib. Bu ilin 6 ayı ərzində sənaye istehsalı 4 faiz, qeyri-neft sənayemiz 14 faiz artıb. Deməli qeyri-neft sənayesi sahəsində innovasiyalı inkişaf modelinin reallaşdırılması prosesi işə düşüb.
- Bildirildi ki, hər bir rayonda sənaye zonaları yaradılacaq. Bu hansı imkanlar açacaq?
- Hər bir rayonda sənaye zonaları yaradılması “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın daha dolğun şəkildə reallaşmasında mühüm rol oynayacaq. Bu layihənin reallaşması yerlərdə əhalinin tələbatının yerli məhsullar hesabına ödənilməsinə xidmət edən yeni istehsal sahələrinin yaranmasına, investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına, yaxşı maaşlı yeni iş yerlərinin açılmasına, rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının yaxşılaşmasına təkan verəcək. Sənaye klasterlərinin, hər bir rayonda sənaye zonasının, iri fermer təsərrüfatlarının, aqroparkların tikintisinin davam etdirilməsi və yerlərdə bu iş genişləndikcə infrastruktur layihələrinin icrası da genişlənəcək, sahibkarlığa dövlət dəstəyi gücləndiriləcək, iş yerlərinin sayı artacaq.
- Ölkə başçısı sahibkarlığın inkişafı istiqamətində mövcud problemlərə də toxundu. Bu problemlərin aradan qaldırılması istiqamətində hansı addımlar atmaq olar?
- Sahibkarlıq qarşısında duran problemlərin həllini sürətləndirməkdən ötrü məhz sahibkarlıq qarşısında duran süni maneələrin aradan qaldırılması, korrupsiyaya və məmur özbaşınalıqlarına son qoyulması, vergi yükünün azaldılması, sahibkarların aşağı faizli əlverişli kreditlərə əlçatanlığının təmin edilməsi, rəqabət qabiliyyətli məhsul istehsal edə və xarici bazara çıxa bilən sahibkarların hər vasitə ilə təşviqləndirilməsi, eksport imkanlarının genişləndirilməsi istiqamətlərində sistemli işlər görülməlidir.
- Digər mühüm məsələ ipoteka kreditləşməsi ilə bağlıdır. Bildirildi ki, bu ilin sonuna qədər ipotekaya dövlət büdcəsindən əlavə vəsait ayrılsın. Bunun mövcud sahədə problemlərin həllində önəmli rolu olacaqmı?
- Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ilin sonunadək İpoteka Fonduna əlavə 200 milyon manat ayrılacağını bildirib. Sosial ipoteka üçün bu məbləğin ayrılması əlavə olaraq 5000 ailənin mənzillə təminatı deməkdir. Bu vəsait sosial ipoteka almaq hüququ olan ailələrin evlə təminatının yaxşılaşmasında mühüm rol oynayacaq. Dövlət başçısının iclasda səsləndirdiyi təkliflər bu sahədə olan problemlərin həlli üçün zəruri olan addımların atılması və maliyyə təminatının artırılmasında mühüm rol oynayacaq.
- İki fikir irəli sürüldü ki, verilən vəsaitə mövcud binalardan mənzillər alınacaq, ya da ki, yeni binalar tikiləcək. Bu iki yanaşmanın sintezinin tətbiqi nəzərdə tutulur. Sizcə bu istiqamətdə hansı addımın atılması daha məqsədəuyğundur?
- Fikrimcə, həm yeni binaların tikilməsi, həm də mövcud binalardan mənzillər alınması variantlarının hər ikisindən balanslı şəkildə istifadə olunmalıdır. Bu işi indiyəcən görünməyən dərəcədə genişləndirməkdən ötrü isə ipoteka kreditləşməsi ilə yanaşı, “sosial evlər” layihəsini də həyata keçirmək lazımdır. Azərbaycanda orta əmək haqqının 450 manat, büdcə təşkilatlarında çalışan müəllim, həkim, elm, mədəniyyət, incəsənət işçilərinin xeyli hissəsinin gəlirlərinin isə 200-300 manat arasında olduğu bir şəraitdə, hər gənc ailə ayda 400-500 manat ödənilməsi zəruri olan hazırkı ipoteka şərtlərinin və 300-500 manatlıq kirayə haqqının altına girə bilmir. Bu şərtlərlə ev almağa imkanı çatmayanlar, ipoteka şərtlərində olduğu kimi, ayda 400-500 manat yox, 60-70 manat, maksimum 100 manat ödəməklə, 20-25 ildən sonra həmin evlərin sahibi olacaqlar. Həmin işlərin sistemli şəkildə həyata keçirilməsi Azərbaycanda yeni tikinti bumu yaradar, tikinti materialları sənayesinin inkişafını yeni mərhələyə qaldırar, yeni iş yerlərinin yaradılmasına ciddi təkan və əhalinin mənzillə təminatında ciddi irəliləyişlər olar.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info