“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2016-cı ildə istifadəyə veriləcək”
Tarix: 17.07.2015 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Gürcüstanın Tsixinvali regionundan keçən (Cənubi Osetiya) Bakı-Supsa neft kəməri üçün təhlükə yaranarsa, biz alternativ layihəmizi həyata keçirəcəyik”.
Bunu Gürcüstanın baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, Bakı-Supsa layihəsi ilə bağlı 2008-ci ildən etibarən problemlər yaşanır: "BP şirkəti avqust müharibəsindən sonra borunun 1,5 kilometrlik hissəsinə nəzarət edə bilmir. Çünki bu sahəyə rus hərbçiləri nəzarət edirlər. Əgər bundan sonra problemlər yaranarsa, bizim 1600 metr uzunluğunda alternativ layihəmiz var". Onun sözlərinə görə, Gürcüstan hökumətinə osetinlərlə dil tapmağı təklif edirlər: “Onlar bu məsələni siyasiləşdirmək istəyirlər. Bu isə Gürcüstan üçün qəbul edilməzdir". Nazir onu da bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2016-cı ildə istifadəyə veriləcək. Onun sözlərinə görə, bu ilin payızında layihənin tikintisi tam olaraq başa çatacaq: "Gürcüstanla Azərbaycan layihə ilə bağlı öhdəliklərini yerinə yetirib. Mənə verilən məlumata görə, yalnız layihənin Türkiyədən keçən hissəsində çox az həcmdə iş qalıb. 2016-cı ildə dəmir yolu layihəsi açılışa hazır olacaq".





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info