“Pekindən Minskə qədər uzanan yeni iqtisadi məkan yaranır”
Tarix: 17.07.2015 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Çinin iqtisadi gücü və Rusiya silahı hesabına
formalaşan yeni geosiyasi güclə rəqabət aparmaq Qərb üçün çox çətin olacaq”


Başqırdıstanın mərkəzi şəhəri olan Ufada keçirilən sammitə Avropa mətbuatı o qədər də önəm verməsə də, son günlər bu samiitlə əlaqədar yazılar çoxalıb. Polşanın “Gazeta Wyborcza” nəşrində yer alan yazı da sammitlə əlaqədardır. Yazıda deyilir ki, Yunanıstan, Ukrayna və qaçqınlarla əlaqədar böhran məngənəsində sıxılan Avropa ötən həftə Ufada keçirilən Avrasiya İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə belə, etinasızlıq nümayiş etdirdi.
Lakin əbəs yerə bütün bunlar nəzərdən qaçırıldı. Qeyd edilməlidir ki, orada qəbul edilən qərarlar onların da gələcək taleyinə təsir edə bilər. Çin Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Quy Çunyu TASS agentliyinə bildirib ki, sammitdə Rusiya və Çin liderləri Yeni İpək Yolu ilə Avrasiya İttifaqının birləsdirilməsi ilə bağlı “konkret addımlar” atılması ilə bağlı qərarlar qəbul ediblər. Nəticədə Pekindən Minskə qədər uzanan yeni gömrüksüz ümumi iqtisadi məkan meydana gələcək. Çin Yeni İpək Yoluna yatıracağı 50 milyard dollarlıq investisiya ilə bu istiqamətdəki işləri daha da tezləşdirəcək. Bu layihədən ötən il Çin ilə 400 milyard dollarlıq qaz müqaviləsi imzalayan Rusiyanın da qazanmaq şansı böyükdür. Qeyd edilir ki, bu əməkdaşlıqda Çinin dominant tərəfdaş olacağı aydındır. Belə ki, Mərkəzi Asiya regionunda layihələrin maliyyələşməsində əsas rolu Çin oynayacaq. Moskvanın isə hələ ki, elə də böyük maliyyə imkanı yoxdur. Ona görə də Pekinin bu istiqamətdə aprıcı rol oynayacağını etiraf etmək məcburiyyətindədir. Lakin unutmaq lazım deyil ki, Rusiyanın da təhlükəsiz məsələlərini təmin edə bilən güclü ordusu var. Moskva Karneqi Mərkəzinin rəsmisi Aleksandr Qabuevin “Foreign Policy” jurnalına bildirdiyi kimi, “bu ssenaridə Çin bank, Rusiya isə güclü silah rolunu oynayacaq”. Qeyd edilməlidir ki, əgər, “ipək birliyi” iqtisadi layihədirsə, bu yaxınlarda sıralarına Hindistan və Pakistanı da qatan Şanxay Əməkdaşlıq Təşkilatı isə geosiyasi və strateji rol oynaya biləcək böyük siyasi layihədir. Bu birlikdə demək olar ki, BMT Təhlükəsizlik Şurasında olduğu qədər nüvə dövləti var. İranın da perspektivdə bu təşkilata qoşulacağını nəzərə alsaq, onda siyasi birliyin geosiyasi əhəmiyyəti daha da artır.
Təşkilat, regionda sabitliyin təmin edilməsini və terrorla mübarizə aparacağını bəyan edib. Çin Əfqanıstanın milli təhlükəsizlik qüvvələrinin əməliyyat xərclərini ödəməyə və “Taliban”la sülh danışıqlarını öz nəzarətinə götürməyə söz verib. Nəşrin iddiasına görə, artıq Avropa münaqişələrə bürünən ölkələr üçün yeganə təhlükəsizlik təminatçısı kimi rolunu itrməkdədir. Əvəzində Şanxay Əməkdaşlıq Təşkilatının artıq güc və sərmayəsi var. Nəşrə görə, yeni təşkilat daxili münaqişələrlə üzləşə bilər. Məsələn, aralarında Kəşmir problemi olan Hindistanla Pakistanan eyni təşkilatda terrorizmə qarşı birgə mübarizədə necə əməkdaşlıq edəcəyi tam aydın deyil. Lakin bütün bunlara baxmayaraq ŞƏT indi cəlbedici bir təşkilata çevrilib və ehtimal olunan daxili mübahisələr hələ ki, arxa plandadır. Nəşr yazır ki, Türkiyə prezidenti Rəcəb Ərdoğan da ölkəsinin illərlə can atdığı Avropa İttifaqından imtina edib, məmnuniyyətlə ŞƏT-ə üzv olmaq arzusunu dilə gətirib. Bəziləri bunu zarafat kimi qəbul etsələr də, Çinin iqtisadi gücü və Rusiya silahı hesabına formalaşan yeni geosiyasi güclə rəqabət aparmaq Qərb üçün çox çətin olacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info