Göyçayda iki kəndin əhalisi təbii qazla təmin olunub
Tarix: 17.07.2015 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda əhalinin təbii qaza olan tələbatının ödənilməsi üçün mühüm işlər görülür.
Rayonun Məlikkənd və Şıxbəy kəndlərinin qazlaşdırılması üçün görülən işlər başa çatıb. Dünən bu münasibətlə keçirilən mərasimdə məlumat verilib ki, 23 illik fasilədən sonra Göyçay rayonunun Məlikkənd kəndində 19 min 968 poqonmetr, Şıxbəy kəndində 8 min 825 poqonmetr uzunluğunda müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətti çəkilib. İki yaşayış məntəqəsində ümumilikdə 257 ədəd fərdi tənzimləyici və sayğac quraşdırılıb. İndiyədək Göyçay şəhərində və 22 kənddə 16 min 57 mənzil qazlaşdırılıb. Rayonda ümumi abonentlərin 63 faizi təbii qazdan istifadə edir. Hazırda isə rayonun Hüngütlü, Aşağı Qaraməryəm, Şıxəmir, Qaraman, Xəlitli, Dövranlı kəndlərinin qazlaşdırılması üçün görülən işlər sürətlə davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə “mavi yanacağ”ın verilməsi nəzərdə tutulur. Bu kəndlərin qazlaşdırılmasından sonra rayonda ümumi abonentlərin 66,5 faizi “mavi yanacaq”la təmin edilmiş olacaq. Kənd ağsaqqalları, ziyalılar çıxışlarında əhaliyə təbii qazın verilməsinin bayrama çevrildiyini bildirib və bu sevinci onlara bəxş edən Prezidentə minnətdarlıq ediblər. Sonra kəndlərə təbii qazın verilişi münasibətilə rəmzi məşəl alovlandırılıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info