Brayl əlifbası ilə çap edilən “Qurani-Kərim”in təqdimatı olub
Tarix: 17.07.2015 | Saat: 01:15:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) maliyyə dəstəyi ilə gözdən əlil insanlar üçün brayl əlifbası ilə çap edilmiş “Qurani-Kərim”in təqdimatı keçirilib.
DQİDK-nın sədri Mübariz Qurbanlı tədbirdə çıxış edərək iştirakçıları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib. “Qurani-Kərim”in artıq dünyanın digər dillərində brayl əlifbası ilə çap edildiyini deyən sədr onun Azərbaycan dillində ilk dəfə nəşr olunmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, mart ayından hazırlanmağa başlanan kitab 7 cilddə çap edilib. Bu kitabın ölkənin bütün bölgələrinə, gözdən əlil insanlar üçün xüsusi məktəblərə, kitabxanalara göndəriləcəyini deyən komitə sədri gələcəkdə digər kitabların, hədislərin də brayl əlifbası ilə çap olunacağını diqqətə çatdırıb.
M.Qurbanlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın önəmindən də danışıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu dövlət-din siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Elmi-Dini Şurasının sədri akademik Vasim Məmmədəliyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, QMİ sədrinin müavini Fuad Nurullah, Milli Məclisin deputatları Siyavuş Novruzov, Fazil Mustafa və digərləri brayl əlifbası ilə çap olunan “Quranı-Kərim”in gözdən əlil insanlar üçün önəmindən söhbət açıblar. Ölkəmizdə əlillərə, o cümlədən gözdən əlillərə hərtərəfli diqqət və qayğının göstərildiyi vurğulanıb. Çıxış edənlər Azərbaycanda dövlət-din münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bildirib, bunun vətəndaş həmrəyliyinə və ictimai-siyasi həyatda uğurlara xidmət etdiyini diqqətə çatdırıblar. Ölkəmizdə tolerantlığın möhkəm təməl sütunlarının, zəngin ənənələrinin, dərin tarixi və mədəni köklərinin olduğu vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Qala Sığorta” və “Qala Həyat”dan ədliyyə işçilərinə 20%-dək güzəştli sığorta
22.11.2018
İranlıların saxta sənədlərlə Azərbaycan sərhədindən keçmək cəhdinin qarşısı alınıb
22.11.2018
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs 22 dəfə pozulub
22.11.2018
Azərbaycanda turizm polisinin yaradılması təklif edilir
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info