ABŞ, Avropa İttifaqı və Türkiyənin Cənubi Qafqaz siyasəti müzakirə edilib
Tarix: 17.07.2015 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


Vaşinqtondakı Brukinqs İnstitutunda “ABŞ, Avropa İttifaqı və Türkiyənin Cənubi Qafqaz siyasəti üçün tövsiyələr və məhdudiyyətlər” mövzusunda forum keçirilib.
Brukinqs İnstitutu nəzdində “Türkiyə” layihəsinin direktoru Kamal Kırışçının moderatorluq etdiyi forumda Brukinq İnstitutunun böyük elmi əməkdaşı və institutun nəzdindəki Birləşmiş Ştatlar və Avropa Araşdırmaları Mərkəzinin direktoru Fiona Hill, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin, Avropa İttifaqının ABŞ nümayəndəliyinin siyasi münasibətlər, təhlükəsizlik və inkişaf məsələləri şöbəsinin müdiri Klaus Botszet və “Ankara Siyasi Mərkəzi” analitik mərkəzinin direktoru Ünal Çevikgöz çıxış ediblər. Diskussiya iştirakçıları Qərbin Cənubi Qafqazda fəaliyyətinin zəifləməsi nəticəsində regionda yaranmış mənfi meylləri və geosiyasi dəyişiklikləri müzakirə ediblər. Bu meyllər Qərb ölkələrinin regiondakı mövcud münaqişələrin və problemlərin həllinə marağının və istəyinin olmadığını nümayiş etdirir. Ekspertlər ABŞ, Avropa İttifaqı və Türkiyənin Cənubi Qafqaz regionuna cəlb olunması diplomatiyasını və prioritetlərini yenidən dəyərləndirməyə dair tövsiyələri də müzakirə ediblər. Brukinqs İnstitutunun bu ilin iyulunda açıqlanan “Qafqaz regionunun tədqiq edilməsi: ABŞ, Avropa İttifaqı və Türkiyənin Cənubi Qafqaz siyasəti üçün tövsiyələr və məhdudiyyətlər” mövzusunda məruzəsinin bəndləri müzakirə edilib. Məruzə Azərbaycan, Gürcüstan və Ermənistan qarşısında duran geosiyasi meyillərin və təhlükəsizlik məsələlərinin təhlilinə həsr olunub. Forumda iştirak edən AZƏRTAC-ın xüsusi müxbiri Yusif Babanlı bildirib ki, Ermənistan parlamenti bu il iyulun əvvəlində Rusiya ilə sazişi ratifikasiya edib. KİV-lərin yaydığı məlumatda deyilir ki, sazişə görə, Ermənistana 200 milyon dollar kredit veriləcək. Həmin məbləğ yeni silahların, o cümlədən “İsgəndər-M” operativ-taktiki raket komplekslərinin alınmasına xərclənəcək. O vurğulayıb ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan oyuncaq rejimin lideri Bako Saakyan Argentinada çıxan “Clarin” qəzetinə bu ilin aprelində verdiyi müsahibədə bildirib ki, “Dağlıq Qarabağ gec-tez Ermənistan ilə birləşəcək”. Bu fakt “Dağlıq Qarabağın təyini-müqəddəratı” prinsipi ilə dünya birliyini aldadan Ermənistan siyasətinin reallıqlarını nümayiş etdirir”. E.Rubin sualı şərh edərək bildirib ki, ABŞ regionda yüksək texnoloji silahların satın alınması hallarının artmasından narahatdır. Bu, Ermənistan ilə Azərbaycan arasında münaqişənin bərpa olunması riskinin artmasına rəvac verir. E.Rubin bildirib ki, ABŞ münaqişənin sülh yolu ilə həlli siyasətini dəstəkləyir və ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə iki ölkə arasında sülh danışıqlarında tərəqqinin təmin olunması üçün mümkün olan hər şeyi edir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info