Türkiyədə törədilən partlayış nəticəsində ölənlərin sayı 31-ə çatıb
Tarix: 21.07.2015 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 31-ə çatıb.
Türkiyə mətbuatının xəbərinə görə, Amara Mədəniyyət Mərkəzində törədilən partlayışda 104 nəfər xəsarət alıb. Onlardan əksəriyyətinin vəziyyəti ağırdır.
Qeyd edək ki, iyulun 20-də mərkəzdə keçirilən mətbuat konfransı zamanı terrorçu-kamikadze partlayış törədib. Ölkənin müxtəlif bölgələrindən Suruça gələn 300 gənc həmin mərkəzdə yerləşdirilib.
Sosialist Gənclik Dərnəkləri Federasiyasının üzvü olan gənclər keçirdikləri mətbuat konfransında Suriyanın Kobani şəhərinə səfərlərinin məqsədini açıqlarkən terror hadisəsi törədilib. Gənclər Kobanidə bərpa işləri aparmaq istədiklərini deyiblər.
Partlayışı “İŞİD” üzvü olan 18 yaşlı qızın törətdiyi bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info