XİN-in mətbuat xidməti milli mətbuatın yubileyi ilə bağlı açıqlama yayıb
Tarix: 21.07.2015 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 2 iyun tarixli Sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ölkə miqyasında geniş şəkildə qeyd olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Jurnalist əməyi qeyri-adi, olduqca zəhmətli, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir” kəlamı milli mətbuat nümayəndələrinin əməyinə verilən yüksək qiymətin bariz nümunəsidir.
Milli mətbuatımızın ilk nümunəsi kimi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış və ictimai maarifçiliyi hədəfləmiş “Əkinçi” qəzetindən əsasını götürən müasir Azərbaycan mətbuatı ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərə uyğun olaraq öz inkişaf dövrünü yaşayır.
Milli jurnalistikanın müstəqil inkişafına dövlət qayğısının nümunəsi olaraq, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ardıcıl və məqsədyönlü şəkildə fəaliyyət göstərir. Mətbuat Şurası mətbuat, cəmiyyət və dövlət arasında uğurla əlaqələndirici rolunda çıxış edir.
Bu gün milli jurnalistikanın milli mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi və eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi və ümumiyyətlə, ölkəmizin həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması, region və onun hüdudlarından kənarda informasiya məkanının formaşdırılması, xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya təhlükəsizliyinin təmin olunmasında müstəsna xidməti vardır. Birinci Avropa Oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan məqsədyönlü qarayaxma kampaniyasının qarşısının alınmasında vətənpərvər milli mətbuat öz vəzifəsini bir daha layiqincə yerinə yetirdi.
Xarici İşlər Nazirliyi KİV-lə münasibətdə açıqlıq şəraitində KİV-in sorğu və suallarının operativ qaydada cavablandırılması, bu xüsusda, elektron vasitələrin tətbiqi və sosial şəbəkələrin imkanlarından geniş şəkildə istifadə edilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək. Xarici KİV nümayəndələrinin akkreditasiyası funksiyasını həyata keçirən bir qurum kimi XİN tərəfindən bu sahədə hüquqi baza yaradılıb və elektron xidmətlərin tətbiqinə başlanılıb.
Xarici İşlər Nazirliyinin rəhbərliyi, nazirliyin mərkəzi aparatının və diplomatik nümayəndəliklərin kollektivi milli mətbuatın yaranmasının 140 illik yubileyi ilə əlaqədar bu sahədə çalışan bütün peşəkarları səmimi qəlbdən təbrik edir və bu şərəfli işlərində onlara uğurlar arzu edir.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info