Naftalanda əhalinin gəlirləri artıb
Tarix: 21.07.2015 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


Naftalanda cari ilin altı ayının yekunlarına həsr olunmuş yığıncaq keçirilib.
Yığıncaqda şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov yarım il ərzində görülən işlər barədə hesabatla çıxış edib.
Bildirilib ki, ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində kurort şəhəri olan Naftalanda da hərtərəfli inkişaf üçün geniş şərait yaranıb. Ötən altı ayda şəhər üzrə ümum daxili məhsul istehsalı 5819,3 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye istehsalı 915,2 min manat təşkil edib. Pullu xidmətlərin həcmi isə 5100,8 min manat olub. Pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artaraq 7375,1 min manata, orta aylıq əmək haqqı isə 5,7 faiz artaraq 293 manata çatıb.
Cari ilin altı ayında orta məktəblərin maddi-texniki bazası daha da möhkəmləndirilib. Tədris ocaqları qış mövsümündə fasiləsiz olaraq istiliklə təmin edilib. Orta ümumtəhsil məktəblərinə göstərilən diqqət və qayğının nəticəsidir ki, 2014-2015-ci tədris ilində Naftalan orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə görə respublikada birinci yerə çıxıb.
Hesabat dövründə şəhərin elektrik təsərrüfatında, su və kanalizasiya sistemində, eləcə də rabitə sahəsində yenidənqurma işləri uğurla davam etdirilib. Hazırda əhalinin payız-qış mövsümündə davamlı qaz, su və elektrik enerjisi ilə təminatı məqsədilə hazırlıq işləri aparılır. Əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə sel sularının dağıdıcı təsirinin qarşısını almaq məqsədilə Qaşaltı Qaraqoyunlu kəndində mövcud olan süni göldə qoruyucu bəndin tikintisi davam etdirilir.
Naftalanın beynəlxalq səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi ilə bağlı görülən işlərin nəticəsidir ki, şəhərə gələn yerli və xarici turistlərin sayı ilbəil artır. Belə ki, ötən altı ayda şəhərə gələn turistlərin sayı 27,3 faiz artaraq 6500 nəfərə çatıb.
Yığıncaqda cari ilin ikinci yarısında qarşıda duran vəzifələrlə bağlı müzakirələr də aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info