XİN: “Ermənistanın “cəzasızlıq“ sindromuna son verilməlidir”
Tarix: 21.07.2015 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Avropa İttifaqıŞurasının sədri Donald Tuskla keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.
H. Hacıyev bildirib ki, Azərbaycan və Ermənistanla münasibətlərdə diferensial yanaşmanın tətbiq olunmasına çağıran Ermənistan prezidenti əslində mövcud həqiqəti etiraf edir.
"Əlbəttə ki, işğalçı və təcavüzkar dövlət olan Ermənistanla işğala məruz qalan dövlət olan Azərbaycan arasında fərq qoyulmalıdır. BMT nizamnaməsinə uyğun olaraq, Ermənistanın Azərbaycana qarşı təcavüzünə ikili standartlardan kənar beynəlxalq hüquqi qiymət verilməli və Ermənistanın "cəzasızlıq" sindromuna son qoyulmalıdır. Avropa İnsan hüquqları Məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə çıxardığı qərar Ermənistan-Azərbaycan münaqişəsi kontekstində işğalçı dövlət kimi Ermənistanın məhz hüquqi məsuliyyətini müəyyən edən fundamental sənəddir.
100 ilə yaxın dövr ərzində Avropanın edə bilmədiyi birinci Avropa Oyunlarını uğurla təşkil edən Azərbaycan Olimpiya idealları və "Olimpiya barışığı" fəlsəfəsinin bütün Avropada, o cümlədən Cənubi Qafqazda təşviqinə əsaslı töhfə vermiş oldu. Avropa Oyunları ərəfəsi və dövründə qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca atəşkəsi pozmaqda davam edən Ermənistan Olimpiya idealları və sivil dəyərlərdən tamamilə kanar olduğunu bir daha sübut etdi.
Sülh və barışıq rəmzi olan Ramazan bayramında belə, Ermənistan atəşkəsi pozmaqdan və hətta mülki şəxsləri, o cümlədən uşaqları hədəfə almaqdan çəkinmədi.
1999-cu ildə Ermənistan parlamentində törədilmiş siyasi terror və dövlət çevrilişi ilə hakimiyyətə gələn bu hərbi xunta və onun müasir davamı 2008-ci ildə saxta prezident seçkilərindən sonra dinc nümayişçiləri odlu silahdan atəşə tutdu və ilk növbədə Ermənistan vətəndaşları üçün böyük təhlükə olduğunu bir daha nümayiş etdirdi.
Ölkəni siyasi-iqtisadi və humanitar fəlakət həddinə çatdıran Ermənistanın kriminal hərbi diktatura rejimi cəbhə xəttində məsuliyyətsiz təxribatçı əməllər törətməklə, əslində diqqəti ölkədaxili ifrat narazılıqdan yayındırmağa və xalqı xof içərisində saxlamağa çalışır.
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüz və işğalı regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir və buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür", - deyə H. Hacıyev qeyd edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info