TUMİB növbəti tədbirini Lənkəran şəhərində keçirib
Tarix: 21.07.2015 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Bu gün “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” layihəsi çərçivəsində Lənkəran şəhəri Mərkəzi Kitabxanasında lənkəranlı gənclərin iştirakı ilə növbəti tədbirini təşkil edib.
Tədbiri giriş sözü ilə açan Lənkəran şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Könül Manafova qonaqları təqdim edib mövzunun aktuallığı haqqında məlumat verdikdən sonra Azərbaycan dövlətinin humanist tolerantlıq siyasətinin dünyaya nümunə olduğunu qeyd edib.
Sonra Könül Manafova sözü layihənin rəhbəri, TUMİB-in sədri Çingiz Bayramova verdi. TUMİB sədri çıxışında Azərbaycan Respublikasının Konstitusiyasında din və vicdan azadlığı, insan hüquqları kimi məsələlər, radikalizmə qarşı ideoloji maarifçilik işinin aparılması, xarici dini sektaların zərərləri və onun təsirindən qorunması işində gənclərin maarifləndirilməsinə ciddi ehtiyac olduğunu və bu məqsədlə təşkilat tərəfindən vətənimizin müxtəlif bölgələrində yaşayan gənclər arasında təbliğat işlərinin aparılmasına başladıqlarını bildirib. Daha sonra natiq tədbirdə iştirak edənləri qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.
Lənkəran şəhər İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Günəş Quluzadə və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə baş məsləhətçisi Hatəm Gülməmmədov çıxış edərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Azərbaycan hökumətinin dini maarifçilik və multikulturalizm istiqamətində gördükləri tədbirlərdən, dövlətimizin insan hüquqları və dini azadlıqların qorunması istiqamətindəki fəaliyyətindən bəhs ediblər.
Lənkəran Dövlət Universitetinin tələbə gənclər təşkilatının sədri Emil Həmidli də universitetdə keçirilən multikulturalizm fənninin tədris olunmasının tələbələrə olan faydasını qeyd edib.
Sonra TUMİB-in Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin rəhbəri Əli Fərhadov çıxış edərək Azərbaycandakı dini azadlıqlardan, islam və tolerantlıq, din və dözümlülük, dini öyrənmədə Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Mir Məhəmməd Kərim əl-Bakuvi kimi azərbaycanlı mütəfəkkirlərin əsərlərinin əhəmiyyəti kimi mövzulardan bəhs etdi və Azərbabaycandakı müxtəlif din, məzhəb mənsublarının qardaşlıq mühiti içində yaşadıqlarını vurğulayıb.
TUMİB Gənclər Mərkəzinin sədr müavini Samir Pənalıyev bildirdi ki, Ulu Öndərimiz Heydər Əliyevin “Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” fikri hər bir Azərbaycan gəncinin ideologiyası olmalıdır.
İştirakçılar sonda ölkəmizdə olan tolerantlıq və multikulturalizm mühitinin bir çox dünya ölkəsinə örnək olduğunu və Azərbaycan modelini öyrəndiklərini qeyd ediblər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Qırğızıstanda türk dövlətlərinin etnofestivalı keçirilib
20.04.2019
Azərbaycan startap-ekosistem reytinqində mövqeyini yaxşılaşdırıb
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info