Azərbaycan-Xorvatiya hüquqi əməkdaşlığı genişlənir
Tarix: 21.07.2015 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Azərbaycan-Xorvatiya dostluq münasibətlərinin inkişafı çərçivəsində 2014-cü ildə Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb, bu ölkənin ədliyyə naziri ölkəmizə səfər edib. Qarşılıqlı fəaliyyətin davamı olaraq Memorandumun implementasiyası çərçivəsində Xorvatiyanın ədliyyə naziri Orsat Milyeniç dövlətlərimizin ədliyyə və məhkəmə orqanları arasında əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu bildirərək respublikamızın ədliyyə nazirini ölkəsinə səfərə dəvət edib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bununla əlaqədar Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti bu günlərdə Xorvatiyada rəsmi səfərdə olub.
Səfər çərçivəsində ədliyyə nazirlərinin görüşündə ölkələrimiz arasında hüquqi əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlərin olduğu vurğulanıb. Söhbət zamanı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı ədliyyə və məhkəmə islahatları barədə məlumat verilib.
Azərbaycan ilə hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən O.Milyeniç ölkəmizə dəfələrlə səfər etməsini məmnunluqla xatırladaraq ötən ay Bakının ilk Avropa Oyunlarına yüksək səviyyədə, uğurla ev sahibliyi etdiyini, ölkəmizin paytaxtına səfər edərək keçirilən möhtəşəm idman yarışlarının canlı şahidi olduğunu vurğulayıb. Xorvatiyalı nazir ölkəsində aparılan hüquqi islahatlar haqqında məlumat verərək hazırkı səfərin qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsinə əlavə təkan verəcəyinə əminliyini ifadə edib. Azərbaycan Prezidentinin tapşırığına əsasən ölkəmizdə elektron məhkəmənin tətbiqi üzrə tədbirlər görüldüyündən Xorvatiyada bu sahədə aparılan işlərə dair təqdimat təşkil edilib, konkret istiqamətlər üzrə əməkdaşlığa dair razılıq əldə olunub.
Səfər çərçivəsində ədliyyə naziri F.Məmmədovun Ali Məhkəmənin sədri Branko Hrvatin ilə görüşündə ədalət mühakiməsinin səmərəliliyi, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması və ictimaiyyətin inamının artırılması, infrastrukturun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron məhkəmənin tətbiqi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, o cümlədən səlahiyyətlərinin genişləndirilməsi və digər aktual məsələlər müzakirə edilib.
B.Hrvatin ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın dinamik inkişafını qeyd edərək Azərbaycanda dəfələrlə səfərdə olduğunu, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumunda və insan hüquqları ilə bağlı beynəlxalq konfrasda iştirakını ən xoş təəssüratlarla xatırladıb. O, bu əlaqələrin intensivləşməsində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, ədliyyə və məhkəmə sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Azərbaycan ədliyyə nazirinin, həmçinin Xorvatiyanın baş prokuroru Dinko Tsvitan ilə görüşü olub. D.Tsvitan Bakıya ötənilki səfərini və Bakıda antikorrupsiya sahəsində mübarizəyə dair yüksək səviyyəli beynəlxalq konfransda iştirakını böyük məmnunluqla xatırlayaraq ölkəmizin sürətli inkişafını qeyd edib. Xorvatiyanın baş prokuroru iki ölkənin hüquq mühafizə orqanları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsininin vacibliyini vurğulayıb.
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanlarında fəal təmsilçiliyi xüsusi vurğulanıb. Həmçinin ölkəmizdə korrupsiyaya qarşı dövlətimizin başçısının siyasi iradəsi ilə aparılan qəti mübarizə tədbirləri, o cümlədən Azərbaycan brendi olan “ASAN xidmət”in vətəndaş məmnunluğuna yönələn səmərəli fəaliyyəti xüsusi vurğulanıb.
Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycanda məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə görülən tədbirlərlə əlaqədar təcrübə mübadiləsi məqsədilə birinci və yuxarı instansiya məhkəmələrinin fəaliyyəti ilə tanış olub, hakimlərlə görüş keçirərək məhkəmə sisteminin müasirləşdirilməsinə dair müzakirələr aparıb. Həmçinin ölkəmizdə yeni cəzaçəkmə müəssisələrinin inşası nəzərə alınaraq Xorvatiyanın müəssisələrinə baş çəkilib, məhkumların saxlanma şəraiti, cəzaların icrası qaydası və s. üzrə təcrübə mübadiləsi aparılıb.
Səmimi və dostluq şəraitində keçirilən görüşlərdə Azərbaycanda aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatlarına, xüsusilə hakimlərin seçim prosesinə və elektron məhkəmənin tətbiqinə böyük maraq göstərilib. Həmçinin həmsöhbətlərin diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, torpaqlarımızın 20 faizinin işğalı və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb olunub.
Tədbirlərdə ölkəmizin Xorvatiyadakı səfiri Kamil Xasiyev iştirak edib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info