Azərbaycan Kannda ənənəvi “Pirotexnika sənəti“ festivalında təmsil olunub
Tarix: 21.07.2015 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Azərbaycan iyulun 14-də Kannda başlayan ənənəvi "Pirotexnika sənəti" festivalında təmsil olunub. Festival “Bakı Atəşfəşanlıq Qrupu”nun şousu ilə başlayıb.
Qeyd edək ki, ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi ilə bu festivalda 2013-cü ildən iştirak edir. Builki atəşfəşanlıq isə həm də müsabiqə xarakterli olması ilə seçilir.
“Bakı Atəşfəşanlıq Qrupu”nun 25 dəqiqəlik şousunun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması böyük maraqla qarşılanıb. Tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.
Kannda avqustun 24-dək davam edəcək “Pirotexnika sənəti” atəşfəşanlıq müsabiqəsində Azərbaycanla yanaşı, Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir.Azərbaycanın müsabiqədə təqdim olunan şousunun videosu festivalın saytında yayımlanıb. Bu möhtəşəm çıxışın - 25 dəqiqə ərzində Azərbaycanın zəngin musiqisinin müşayiəti ilə minlərlə izləyicinin izlədiyi şounun videosunu sizə təqdim edirik.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info