MDB İcraiyyə Komitəsinin sədri: “Bakıda keçirilən Kimya Olimpiadası önəmli beynəlxalq hadisədir”
Tarix: 21.07.2015 | Saat: 18:34:00 | E-mail | Çapa göndər


“Bakıda keçirilən Kimya Olimpiadası önəmli beynəlxalq hadisədir”.
Bu barədə MDB İcraiyyə Komitəsinin sədri, icraçı katib Sergey Lebedevin 47-ci Beynəlxalq Kimya Olimpiadasının iştirakçılarına göndərdiyi təbrik məktubunda deyilir. Məktubda qeyd edilir ki, MDB ölkələri kimya sənayesində çox böyük potensiala malikdir: “Bakıda M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin bazasında keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya Federasiyası, Türkmənistan, Özbəkistan və Ukrayna məktəblilərinin fəal iştirakı MDB dövlətlərinin kimya sahəsinə böyük marağını təsdiq edir”. Qeyd edək ki, 47-ci Beynəlxalq Kimya Olimpiadasının açılış mərasimində 75 ölkədən 292 iştirakçı, 250-dən çox alim, kimya mütəxəssisi, müşahidəçi, qrup rəhbəri və qonaq, Azərbaycanın dövlət və hökumət rəsmiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, tanınmış alimlər, ziyalılar iştirak ediblər.
İyulun 29-dək davam edəcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında məktəblilər kimya üzrə nəzəri və praktik biliklərini Moskva Dövlət Universitetinin Bakı filialında sınayacaqlar. Olimpiadada iştirak edən Azərbaycan komandasına “İstək” liseyini bu il bitirən Dilqəm Əhmədli, akademik Zərifə Əliyeva adına liseyin builki məzunu Sergey Styopin, “İstək” liseyi və 160 saylı klassik gimnaziyanın X sinfini başa vuran Hüseyn Babayev və Ruslan Məmmədov daxildirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info