Milli mətbuatımızın 140 illiyi Zaqatalada qeyd olunub
Tarix: 21.07.2015 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Azərbaycan xalqının milli şüurunun, azadlıq ideyalarının formalaşmasında şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın müstəsna rolu və xidmətləri olub.
Bu fikir Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə iyulun 21-də Zaqatala Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Zaqatalada və bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri nümayəndələrinin, ziyalıların, rayonun rəhbər işçilərinin iştirak etdiyi tədbirdə çıxış edənlər zəngin tarixi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yola qısa nəzər salıblar. Qeyd olunub ki, milli mətbuatımız bütün dövrlərdə həqiqət carçısı olub, xalqımızın maariflənməsində, milli-bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Tədbirdə çıxış edənlər Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olmasında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıblar. Bildirilib ki, mətbuat işçilərinə qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, media sahəsində çalışanların əməyi qiymətləndirilir, onların sosial vəziyyətinin, mənzil şəraitinin yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir.
“Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, qocaman jurnalist Əli Süleymanov, “Yeni fikir” İctimai Birliyinin sədri Elmira Mehdiqızı və başqaları çıxış edərək, milli mətbuatımızın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda media təmsilçilərinə mükafatlar təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib
19.09.2019
Sədərək rayonunda payız-qış mövsümünə hazırlıq işləri mütəşəkkil aparılır
19.09.2019
Bakının əksər hissəsini işıqla təmin edən yarımstansiyalar yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info