Azərbaycan mətbuatı milli tərəqqinin və demokratik inkişafın bayraqdarıdır
Tarix: 21.07.2015 | Saat: 20:51:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Azərbaycan milli mətbuatı – 140” mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2 iyun 2015-ci il tarixli Sərəncamına, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2015-ci il 10 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən Milli Mətbuat Günü muxtar respublikada da silsilə tədbirlərlə qeyd olunur. Rektor müstəqil, demokratik mətbuatın formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, milli jurnalistikanın inkişaf strategiyasının ölkə başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Naxçıvan Dövlət Universitetində ali təhsilli jurnalist kadrlarının hazırlanmasına və onların iş yerləri ilə təmin olunmasına göstərilən dövlət qayğısından bəhs edib. Rektor, Naxçıvan Dövlət Universitetində Media Mərkəzi şəklində cəmləşən “Qeyrət” nəşriyyatı, Mətbuat şöbəsi, “Universitet” televiziyası və “Nuhçıxan” radiosunun fəaliyyətlərini yüksək qiymətləndirib, universitetin jurnalist əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək mükafatlandırılb. Konfransda universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyid Surə “Naxçıvanda mətbuatın yaranması və inkişafı”, Tarix-filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov “Azərbaycan mətbuatı tarixində “Molla Nəsrədiin” mərhələsi”, universitetin “Qeyrət” nəşriyyatının direktoru, tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədov “Əkinçi” qəzetində mətbuat və jurnalistika məsələləri” , Jurnalistika və dünya ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva “Milli mətbuatın inkişaf tarixi” , “Üuniversitet dünyası” muzeyinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Abbas Hacıyev “Müstəqillik illərində Naxçıvan mətbuatı”, universitetin Mətbuat şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan “Ümummilli lider Heydər Əliyevin milli jurnalistikanın inkişafındakı xidmətləri” mövzusunda məruzələr ediblər. Məruzələrdə milli mətbuatın Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında, milli şüurun formalaşmasında və bəşəri dəyərlərin təbliğində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı özünəməxsus rolundan danışılıb. Qeyd olunub ki, milli mətbuat ictimai mühitin, milli ideologiyanın, müstəqillik uğrunda mübarizənin formalaşmasına xidmət edib. Azərbaycanda azad, demokratik mətbuatın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun 6 avqust 1998-ci il tarixdə “Azərbaycanda söz, fikir, məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” imazaladığı fərman, 7 dekabr 1999-cu ildə qəbul etdiyi “Kütləvi informasiya vasitələri haqqında” Qanun və digər fərman və sərəncamlar milli jurnalistikanın inkişafına böyük təkan verib. Ümummilli liderin kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ölkənin informasiya təlabatının ödənilməsi, jurnalist kadrların yetişdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət bu gün də uğurla davam etdirilir. Milli mətbuatın yaranmasının 130, 135 və 140 illiklərinin dövlət səviyyəsində qeyd olunması, jurnalistlərin müxtəlif orden və medallarla, fəxri adlarla təltif olunması, müxtəlif mətbuat orqanlarına və informasiya agentliklərinə maliyyə dəstəyi göstərilməsi, Naxçıvan Muxtar Respublikasının timsalında regional jurnalistikanın nümunəvi inkişafı buna parlaq sübutdur.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info