“Kimsə oynamaq istəsə, komandaların sayını 12-yə də çatdıraram”
Tarix: 21.07.2015 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün püşkatmasından sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin mətbuat konfransı keçirilib. Qurum rəhbəri jurnalistlərin suallarını cavablandırıb:
- 1 milyonluq yayım hüququnu nəyə əsasən müəyyənləşdirmisiz?
- Çox verə də bilərlər, ən azı o qədər verilməlidi. 5 milyon versələr də olar. Məncə, bu məbləği ödəyə bilən kanal çıxacaq.
-“Rəvan” lisenziya ala bilmədiyi üçün Premyer Liqadan çıxarılmışdı. Nə oldu ki, geri qaytarıldı?
- “Fors major" deyilən bir şey var. Komanda özü maddi sıxıntı yaşayırsa, müraciət edir ki, çıxsın çempionatdan. 9 komanda ilə çempionat keçirilsəydi, bütün mətbuat bizi biabır edərdi. Sağ olsun, “Rəvan” rəhbərliyi çempionatda çıxışa razılıq verdi. Dedilər ki, lisenziya şərtlərini sentyabra kimi həll edəcəklər.
-“Topaz” çempionata sponsorluqdan imtina edib?
- Bəli. Onu da mətbuat, klublarımız futboldan küsdürdü. “Topaz”la müqaviləmiz bitdi və əməkdaşlığı davam etdirmək istəmədilər.
- “Simurq”a siz yardım etməli idiz. Nə qədər təklif etdiniz ki, onları qane etmədi?
- Klubun hansı problem yaşadığını onun prezidenti, klubu maliyyələşdirən şəxs bilir. Yadınızdadır, çempionatın sonunda “Simurq”un futbolçuları etiraz olaraq, yerdə oturdular. Mən bunu özümə təhqir bildim. Klubun azarkeşlərini başa düşürəm. “Simurq” çempionatda qalmaq üçün maliyyə problemi ilə üzləşib, bu, gizli deyil. Həyatda hər şey olur. Elə böyük azarkeşləri olan komandalar var ki, birdən-birə böhrana düşür. AFFA və PFL rəhbərliyi dəfələrlə görüşdük, imkanımız daxilində kluba yardım etmək istədik. Amma gücümüz çatmadı, məbləği açıqlaya bilmərəm.
- “Neftçala” rəhbərliyi də Premyer Liqada oynamaq istədiyini
bildirir...

- Hansı komandanın maddi vəziyyəti imkan verirsə, onu buraxarıq. Püşkatma olsa da, çempionatın startına günlər qalsa, kimsə oynamaq istəsə, mən sizə söz verirəm ki, komandaların sayını 12-yə də çatdıraram. Kənardan deməyə nə var ki? Mən həmişə sözün düzünü deyənəm. Bəli, biz ancaq “Rəvan”a müraciət etmişik. Bildim ki, onların imkanı var, oynaya bilərlər. Onlar da qəbul etdilər.
- “İnter”in də müəyyən problemləri var...
- “İnter”in gələcəyi ilə bağlı heç bir problem olmayacaq. Hal-hazırda komanda gözəl oyun göstərir, Avrokubokda nəticə göstərir. AFFA rəhbərliyi “İnter”lə bir yerdədir. Bu komanda problemlə üzləşməyəcək.
- I Divizionun növbəti mövsümündə reqlament necə olacaq? Komanda Premyer Liqaya çıxmırsa, orda birinci yeri tutmasının nə mənası var?
- Birinci diviziondan 3 komanda gəldi bu il. “Zirə”, “Rəvan”, “Kəpəz”. Gəncə komandası Premyer Liqadan düşəndə hamınız az qaldınız bizi güllələyəsiniz. Biz də sizə hörmət əlaməti olaraq, “Kəpəz”i dəvət etdik. Pis iş görmədik ki? “Neftçala” komandasının rəhbərliyi deyir ki, mən çempionluğa oynayıram, amma bu il tam hazır deyiləm, özümü Premyer Liqada görmürəm. Mən ona nə edə bilərəm ki?
- “Simurq” birdəfəlik dağıldı?
- Çalışacağıq ki, I Divizionda çıxış etsin. “Simurq”un uşaq komandalarında istedadlı futbolçular var. Onlar batmamalıdılar. I Divizonda klubları sənədləri toplamırsa, mən gedib onların yerinə sənəd toplayası deyiləm ki? “Rəvan” klubu bizdən vaxt istədi, biz də onlara vaxt verdik.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info